İspaniya kuboku: final oyunu yarımçıq dayandırılıb
Tarix: 16-01-2022 11:46 | Bölmə: İdman
İspaniya kuboku: final oyunu yarımçıq dayandırılıb

İspaniya kubokunun 1/8 finalında keçirilən "Betis"-"Sevilya" oyunu yarımçıq dayandırılıb.

Reyting.az
xəbər verir ki, ilk hissənin sonlarında - hesab 1:1 olduğu vaxt “Betis” azarkeşləri meydana kənar əşyalar atıblar.

Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirməyib. Qarşılaşmanın yenidən keçiriləcəyi və ya meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}