Avropa Liqasının qalibi bəlli olub
Tarix: 19-05-2022 08:17 | Bölmə: İdman
Avropa Liqasının qalibi bəlli olub

Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasını qazanıb.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.

UEFA Avropa Liqası, final

18 may


23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (Penaltilər - 5:4)


Qollar: Aribo, 57 (0:1), Borre, 69 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}