16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Qalatasaray" yeni baş məşqçisi ilə iki illik müqavilə bağlayıb
Tarix: 23-06-2022 12:12 | Bölmə: İdman
"Qalatasaray" yeni baş məşqçisi ilə iki illik müqavilə bağlayıb

 "Qalatasaray" yeni baş məşqçisi ilə iki illik müqavilə bağlayıb.

Reyting.az
 istinadən xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Okan Buruk təyin edilib. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 2006 - 2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2013-cü ildə "Cim-Bom"da köməkçi məşqçi kimi də çalışıb. Təcrübəli mütəxəssis ölkəsində "Sivaspor", "Göztepe", "Rizespor" və "Başakşehir" kimi klublara da başçılıq edib. 2020/2021 mövsümündə isə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}