Xorvat məşqçi Ukrayna Milli Komandası ilə anlaşıb - Biliç maaş istəməyib
Tarix: 04-04-2023 17:58 | Bölmə: İdman
Xorvat məşqçi Ukrayna Milli Komandası ilə anlaşıb - Biliç maaş istəməyib

İngiltərənin "Uotford" komandası ilə yollarını ayırandan sonra işsiz qalan məşqçi Slaven Biliç Ukrayna Milli Komandası ilə anlaşıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, xorvatiyalı baş məşqçi Slaven Biliç Ukrayna millisinin yeni baş məşqçisi təyin edilib.

Məlumata görə, maaşı ilə bağlı diqqətçəkən bir detal ortaya çıxıb.

İtaliyalı jurnalist Fabrizio Romanonun iddiasına görə, Slaven Biliçi Ukraynadan maaş istəməyib.

Xatırladaq ki, daha əvvəl Super Liqada "Beşiktaş"ı çalışdıran Biliç "ağ-qaralar"dan ayrıldıqdan sonra "Vest Hem", "Əl-İttihad", "Vest Bromviç", "Beijing Quoan" və "Uotford"u çalışdırıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}