“Qalatasaray” yenidən çempion olub
Tarix: 30-05-2023 23:26 | Bölmə: İdman / Xəbərlər
“Qalatasaray” yenidən çempion olub

Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, “Qalatasaray” 36-cı turda səfərdə “Ankaragücü” ilə qarşılaşıb. 4:1 hesablı qələbə qazanan Qalatasaray”ın çempionluğu rəsmiləşib.

İstanbul klubuna qələbə qazandıran qolları 7 və 38-ci dəqiqələrdə Mauro İkardi, 73-cü dəqiqədə Barış Yılmaz və 78-ci dəqiqədə Serjio Oliveyra vurub.

“Fənərbaxça” da turu qələbə ilə başa vurub - 2:0.

Bu nəticələrdən sonra “Qalatasaray” xalını 82-yə çatdırıb və “Fənərbaxça” ilə 5 xallıq fərqi qoruyub. Bu, “Qalatasaray”ın 23-cü çempionluğudur. Klub bu göstəricidən rekordçudur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}