20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vüqar Bayramov: "Qeyri-neft ixracatımızda Rusiya və Türkiyə əsasdır"
Tarix: 13-09-2023 10:31 | Bölmə: İqtisadiyyat
Vüqar Bayramov: "Qeyri-neft ixracatımızda Rusiya və Türkiyə əsasdır"

"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub".

Reyting.az
xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

V. Bayramov əlavə edib ki, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu mövsumi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimizlə bağlıdır:

"Qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir.

Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır”.

V. Bayramov qeyd edib ki, bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub: “Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər