12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: "Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır"
Tarix: 02-10-2023 12:48 | Bölmə: İqtisadiyyat
Deputat: "Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır"

"Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır".

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür.

S. Novruzov hesab edir ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: "Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon manatadək vəsait sərf olunur. Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər "Adına köhnə sovet maşını var və sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var sənə yardım düşmür”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər