20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
"Tesla" sürücüsüz idarə olunan avtomobili nümayiş etdirib - Fotolar
Tarix: 23-05-2024 08:23 | Bölmə: İqtisadiyyat
"Tesla" sürücüsüz idarə olunan avtomobili nümayiş etdirib

"Tesla" şirkəti yeni model pilotsuz "Tesla Robotaxi" avtomobilinin interyerini göstərən tanıtım videosunu yayımlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, yeni texnika sükan çarxı olmayan, "Tesla"-nın əvvəlki maşınlarına bənzəməyən iki nəfərlik avtomobilin bənzəridir.

"Robotaxi"-nin salonundakı oturacaqlar da əksər müasir avtomobillərin oturacaqları kimi deyil. "Tesla" şirkətinin istehsalı olan avtomobilin tamamilə fərqli oturacaqları daha çox müasir qatarların oturacaqlarını xatırladır.



"Tesla"-nın sahibi İlon Mask yeni görüntü ortaya çıxmazdan əvvəl bildirmişdi ki, şirkətin sürücüsüz, yaxud da özünü idarə edən taksi layihəsinin böyük təqdimatı 8 avqustda baş tutacaq. Məhşur amerikalı milyardçı "Tesla Robotaxi"-nin dediyi vaxtdan əvvəl elan edilməsinin səbəbini açıqlayıb. İ. Mask bildirib ki, çinlilərin inancına görə 8 rəqəmi çox əlverişlidir, həmçinin Çində "Rifah" və yaxud "Sərvət" kimi səslənir.

Bu yaxınlarda, modeli dəyişdirilmiş "Tesla Model 3" avtomobili Kaliforniya ştatının Palo-Alto şəhərində görünmüşdü. Həmin təqdimat zamanı "Tesla" öz ənənəvi yan güzgülərini itirmiş və yeni müasir kamera sisteminə sahiblənən, cəlbedici görünüşə malik olan müasir bir avtomobil modelini nümayiş etdirmişdi.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər