20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fiziki şəxslər onlayn qeydiyyata alınacaq
Tarix: 29-03-2019 15:46 | Bölmə: İqtisadiyyat
Fiziki şəxslər onlayn qeydiyyata alınacaq

Son 3 ayda vergi qeydiyyatına alınan kommersiya hüquqi şəxslərin 81,3 faizi elektron şəkildə müraciət edib.

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Ə. Məmmədovun sözlərinə görə, ötən ilin sonunda bu rəqəm 69,8 faiz olub: "Bu isə təxminən 11-12 faizlik artım deməkdir".

Nazirlik rəsmisi yaxın günlərdə fiziki şəxslərin də elektron qeydiyyata alınacağını bildirib:

"Artıq fiziki şəxslərin də elektron şəkildə qeydiyyata alınmasına başlamağı düşünürük. Bununla bağlı iş gedir. Fiziki şəxslər də FİN-kod və mobil identifikasiya vasitəsi ilə onlayn şəkildə qeydiyyata alınacaq".

Ə. Məmmədov Nazirliyin "Asan İmza" sertifikatlarının da elektron şəkildə verilməsinə hazırlaşdığını diqqətə çatdırıb: "Artıq biz bu məsələnin üzərində işləyirik. Daha "Asan İmza" sertifikatları təkcə kağız formada deyil, həm də elektron şəkildə təqdim ediləcək. Həmçinin bu yolla elektron imza sahibləri onun müddətini də uzada biləcəklər".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər