12:47 / 10-10-2024
Sabah yağış yağacaq
Maliyyə Nazirliyi: Azərbaycanın xarici borcu 7,448.7 milyon dollardır
Tarix: 14-06-2016 15:34 | Bölmə: İqtisadiyyat / Xəbərlər


Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunu açıqlayıb. Məlumata görə, 1 aprel 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,448.7 milyon ABŞ dolları (11,486.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcunun 82.3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7 faizi beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}