20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılıb
Tarix: 21-06-2019 13:15 | Bölmə: İqtisadiyyat
Dövlət Sosial Müdafiə Fondunun  büdcəsi artırılıb

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln. manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3 faizdən 32,8 faizə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi rol oynayır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasındakı çıxışında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faiz artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.

V. Gülməmmədov deyib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon artması onun yuxarı həddində həyata keçirilir: “2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da, bu, tam deyil, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər