Azərbaycanda nə qədər dizel, maye qaz və benzin işlədilib? - Statistika
Tarix: 20-08-2019 13:34 | Bölmə: İqtisadiyyat
Azərbaycanda nə qədər dizel, maye qaz və benzin işlədilib? - Statistika

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 744,4 min ton dizel yanacağı, 646,4 min ton avtomobil benzini istehlak edilib.

Dövlət Statistika Komitəsində Reyting.az-a verilən məlumata görə, dizel yanacağı istehlakı ötən ilin I yarımilindən 4,5%, avtomobil benzini istehlakı 4,2% çox olub.

Bu ilin I yarısında ölkədə 182,9 min ton aviasiya üçün və sair ağ neft, 160,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 89,6 min ton neft bitumu, 83,5 min ton maye qaz, 27,5 min ton sürtkü yağları istehlak edilib. Aviasiya üçün və sair ağ neft istehlakında 10,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 37,6%, artım, neft bitumu istehlakında 25,3%, maye qaz istehlakında 16,7%, sürtkü yağları istehlakında 36,5% azalma qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}