20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ramil Hüseyn: “Qeyri-neft sektoru üzrə ixrac artıb”
Tarix: 30-08-2019 15:43 | Bölmə: İqtisadiyyat
Ramil Hüseyn: “Qeyri-neft sektoru üzrə ixrac artıb”

Bu ilin iyul ayında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın həcmi 154 mln. ABŞ dolları təşkil edib.

Reyting.az
-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2018-ci ilin iyul ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 32 mln. dollar və ya 26 faiz artıb.

Cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 mln. dollar), Türkiyəyə (37,9 mln. dollar), İsveçrəyə (14,8 mln. dollar), Gürcüstana (14,7 mln. dollar) və Yunanıstana (6,1 mln. dollar) ixrac edilib.

Hesabat ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 14,7 mln. dollar) birinci, albalı və gilas (12,5 mln. dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 mln. dollar) üçüncü olub.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər