20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əli Əsədov icbari sığorta ilə bağlı qərar verdi - Dəyişiklik
Tarix: 26-03-2020 20:59 | Bölmə: İqtisadiyyat
Əli Əsədov icbari sığorta ilə bağlı qərar verdi

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında icbari sığortanın tətbiqi iyul - sentyabr aylarında baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında icbari sığortanın tətbiqi aprel - iyun aylarında nəzərdə tutulmuşdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər