23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
55 kollecdən 34-də plan yerləri 100 faiz dolub
Tarix: 20-08-2019 19:04 | Bölmə: Xəbərlər
 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub

Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub.

Dövlət İmtahan Mərkəzindən Reyting.az-a bildirilib ki, cəmi 381 yer (3.67 faiz) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 23-dən 29‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}