Moskvada Aşura günü qeyd olunub
Tarix: 10-09-2019 16:20 | Bölmə: Xəbərlər
Moskvada Aşura günü qeyd olunub

Rusiyanın paytaxtı Moskvada Aşura günü qeyd edilib.

“Əhli Beyt” Cəmiyyətinin təşkilatçılığı ilə Moskvada fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində keçirilən əzadarlıq məclisi "Qurani-Kərim"in tilavəti ilə başlayıb.

"Əhli Beyt" Cəmiyyətinin sədri Nizami Baloğlanov "Report"un yerli bürosuna açıqlamasında builki əzadarlıq məclislərində 20 minə yaxın insanın iştirak etdiyini bildirib: "Moskvada əzadarlıq məclisləri 10-a yaxın hüseyniyyədə keçirilir. Bu məclislərdə möminlərə Vətən sevgisindən, haqq, ədalət uğrunda mübarizədən danışılır və gənclərə torpaq sevgisi aşılanır. Bu il, ümumilikdə, əzadarlıq məclislərində 20 minə yaxın insan iştirak edib".

Onun sözlərinə görə, artıq Aşura Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir: "Çünki bu adət-ənənə halını almış əzadarlıq məclisləri tariximizin süzgəcindən keçərək bizə gəlib çatıb".

Əzadarlıq məclisi camaat namazı ilə sona çatıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}