20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
İsgəndər Həmidov üçüncü dəfə əməliyyat olunacaq
Tarix: 17-10-2019 10:46 | Bölmə: Xəbərlər
İsgəndər Həmidov üçüncü dəfə əməliyyat olunacaq

“Səhhətim qaydasına düşdüyündən, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov deyib. O, özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ vaxtını dəqiqləşdirməmişik”.

İsgəndər Həmidov səhhətilə bağlı da danışıb:

“Mən Türkiyədə iki əməliyyat keçirdim. Üçüncü əməliyyatım isə qalıb. Onu yazda - mart, ya aprel ayında həyata keçirəcəyik. Orqanizmim zəiflədiyinə görə, həkimlər dedi ki, üçüncü əməliyyata bədən dözməz. Amma əvvəlkinə baxanda özümü çox yaxşı hiss edirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib