“Valiko Həsrət” ləqəbli narkotacir tutulub
Tarix: 21-02-2020 14:46 | Bölmə: Xəbər lenti
“Valiko Həsrət” ləqəbli narkotacir tutulub

Balakən rayonunda əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan və kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev saxlanılıb.

Reyting.az-ın məlumatına görə, rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində tutulub.

Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37,129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}