Peşə təhsili müəssisələrinə qəbulun vaxtı açıqlanıb
Tarix: 07-08-2020 17:38 | Bölmə: Xəbər lenti
Peşə təhsili müəssisələrinə qəbulun vaxtı açıqlanıb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun avqust ayının ilk yarısında keçirilməsi nəzərdə tutulur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib ki, sənədlərin qəbulu məsələsində bir sıra yeniliklər olacaq. Belə ki, əvvəllər müsabiqədə uğur qazanan namizədlər müvafiq sənədləri qəbul olunduğu gündən etibarən peşə təhsili müəssisələrinə təqdim etməli idilər. Hazırda bu prosesin elektron qaydada və ya sosial məsafəni qorumaqla müəssisəyə təqdim olunmasını təmin etmək yolları nəzərdən keçirilir.

Agentlik direktorunun sözlərinə görə, "2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə tələbə qəbulu “ASAN Xidmət” mərkəzlərində, “ASAN Xidmət” mərkəzləri fəaliyyət göstərməyən regionlarda isə müvafiq peşə təhsili müəssisələrində həyata keçirilib:

“Ötən ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbul üçün elektron informasiya sisteminin yaradılmasına başlanılıb. Hazırda sistemin üzərində son tamamlama işləri həyata keçirilir. Sözügedən elektron qəbul sistemi vasitəsilə vətəndaşlar istədikləri yerdən, heç kimlə ünsiyyətdə olmadan müvafiq məlumatları yaratdıqları şəxsi kabinetlərində doldurmaqla sənəd qəbulu prosesində iştirak edə biləcəklər”.

P. Yusifov qeyd edib ki, xüsusən də indiki pandemiya dövründə qəbulun bu formatda həyata keçirilməsi vətəndaşlarımızın rahatlığı və sağlamlığı baxımından vacibdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}