İlham Əliyev: “Artıq düşməni çökdürmüşük”
Tarix: 20-10-2020 16:29 | Bölmə: Xəbərlər
İlham Əliyev: “Artıq düşməni çökdürmüşük”

“Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük”.

Reyting.az-
ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, onlara layiq olan yeri göstərmişik: “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü!”.

Prezident bildirib ki, status-kvonu biz dəyişdirdik, döyüş meydanında dəyişdik: "Bu gün, əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}