İsrailli ekspert: “Türkiyənin təpkisi təəccüblü deyil”
Tarix: 11-05-2021 21:31 | Bölmə: Xəbərlər
İsrailli ekspert: “Türkiyənin təpkisi təəccüblü deyil”

“Son aylarda Ankaranın yəhudi dövləti ilə dağılmış əlaqələrini bərpa etmək səylərinə baxmayaraq, Türkiyənin Qüdsdə baş berən toqquşmalara sərt reaksiyası təəccüblü deyil”.

Reyting.az
“Al-Monitor”-a istinadla xəbər verir ki, bunu Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Türkiyənin xarici siyasət sahəsində ixtisaslaşmış baş elmi işçisi Qaliya Lindenstrauss bildirib. Onun sözlərinə görə, kəşfiyyat rəhbərlərinin gizli görüşü və Dağlıq Qarabağda Ermənistana qarşı müharibədə Azərbaycanla qeyri-rəsmi əməkdaşlıq formatında bərpa olunan Türkiyə-İsrail əlaqələri Ankaranın Fələstin siyasətini dəyişməyib.

Lindenstrauss bildirib: “Türkiyənin Qüdsdə şiddətin artmasına reaksiya verməsi çox gözləniləndir və bu, İsrail-Fələstin münaqişəsindəki inkişaflardan Türkiyə-İsrail münasibətlərinin çox təsirləndiyinin bir təzahürüdür”.

O əlavə edib: “İsrail səlahiyyətliləri “Həmas”ın Qüdsdəki mövcud şiddət dövründə artan təsirindən də narahatdırlar və buna görə, Türkiyənin “Həmas”la əlaqələrinə, eyni zamanda, Ankaranın İsrail vətəndaşlığı olan fələstinlilər arasında artan nüfuzuna şübhə ilə baxmağa davam edəcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}