Almaniya Ukrayna ilə bağlı son qərarını verib
Tarix: 25-01-2023 10:30 | Bölmə: Xəbərlər / Dünya
Almaniya Ukrayna ilə bağlı son qərarını verib

Rəsmi Berlin döyüş tanklarının Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı yekun qərarını açıqlayıb.

Reyting.az
“Spiegel” nəşrinə istinadla xəbər verir ki, NATO-dakı müttəfiqləri ilə neçə aylıq mübahisələrdən sonra Alnmaniya kansleri Olaf Şols “Leopard 2” tanklarının Ukraynaya verilməsi barədə qəti qərarın qəbul olunduğunu açıqlayıb:

“Berlin Ukrayna Silahlı Qüvvələrinə ağır texnikanı göndərəcək”.

Söhbət hələlik “Leopard 2A6”-nın minimum bir rotasından gedir. Hərbi alyansın digər üzvləri, o cümlədən, Skandinaviya ölkələri də həmçinin Ukraynaya döyüş tanklarını verməyə hazırlaşır. Bununla bağlı Almaniya Federal Hökuməti müvafiq razılaşma sənədini hazırlayır və bunun ardınca Polşa da Ukrayna Silahlı Qüvvələrinə ağır texnika göndərə biləcək.

E.KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}