14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
BMT Azərbaycan səfirliyinə hücumu pisləyir
Tarix: 27-01-2023 13:32 | Bölmə: Xəbərlər
BMT Azərbaycan səfirliyinə hücumu pisləyir

"Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm".

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Tvitter”də yazıb.

V. Andreyeva qeyd edib ki, mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır.

V. Andreyeva Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı əlak olan mərhumun ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisini qətlə yetirilib, səfirliyin iki nəfər mühafizə əməkdaşı yaralanıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}