Məşhur aktyor pis vərdişindən əl çəkib
Tarix: 01-12-2024 10:13 | Bölmə: Mədəniyyət
Məşhur aktyor pis vərdişindən əl çəkib

Amerikanın məşhur kino aktyoru Denzel Vaşinqton pis vərdişindən imtina edib.

Reyting.az
-ın məlumatına görə, Hollivudun kino ulduzu, “Oskar” mükafatlı aktyor Denzel Vaşinqton spirtli içkidən tamamilə imtina etməsindən danışıb. Aktyor "Esquire" nəşrinə deyib ki, 2014-cü ildən bu vərdişə son qoyub.

Onun sözlərinə görə, 1990-cı illərin sonundan şərab içməyə başlayıb və hər gün iki şüşə spirtli içki alıb.

"Ümumiyyətlə, şərab dequstasiyası və ya buna bənzər nələrsə barədə mükəmməl bir fikrim var idi. Hər halda başlanğıcda belə idi. Bu, çox incə məsələdir. O mənada ki, ən yaxşısını mən içmişəm. Yəni Denzel hamıdan yaxşı içirdi. Bədənimə çox ziyan vurdum. İndi mən təmizəm. Dekabrda isə mənim spirtli içkiləri tərgitməyimin 10 ili tamam olacaq", - deyə amerikalı məşhur bildirib.

Vaşinqton əlavə edib ki, o, fiziki hazırlıq nəticəsində çox arıqlayıb və indi özünü daha da "güclü" hiss edir. Aktyor fiziki və psixoloji cəhətdən tamamilə hər şeyin qaydasında olduğunu deyib.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Denzel Vaşinqtonun iştirakı ilə "Qladiator 2" filmi ekranlara çıxıb. Bundan əvvəl isə aktyor "Böyük Ekvalayzer" döyüş filminin dördüncü və beşinci hissələri üzərində işlədiyini açıqlamışdı.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər