Londonda azərbaycanlı rəssamların sərgisi açılıb - Fotolar
Tarix: 02-03-2020 11:12 | Bölmə: Mədəniyyət
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Gazelli” İncəsənət Evində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Reyting.az
xəbər verir ki, "The New Verge” adlanan sərgidə Azərbaycanın görkəmli rəssamları - Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan “Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın incəsənət xadimlərinin Britaniyada tanıdılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Londonda belə sərginin keçirilməsindən məmnun olduğunu deyib.

Sərgidə Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, diplomatik korpusun üzvləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və xarici qonaqlar iştirak ediblər.

Sərgi aprelin 4-dək davam edəcək.

Londonda azərbaycanlı rəssamların sərgisi açılıb
Londonda azərbaycanlı rəssamların sərgisi açılıbLondonda azərbaycanlı rəssamların sərgisi açılıbLondonda azərbaycanlı rəssamların sərgisi açılıb




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər