Xalq artistinin sağlıq durumunda irəliləyiş yoxdur
Tarix: 28-04-2021 19:37 | Bölmə: Mədəniyyət
Xalq artistinin sağlıq durumunda irəliləyiş yoxdur

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

Reyting.az
xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

R. Quliyev bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, A. Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam etdirilir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}