14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Teatra baş rejissor təyin olunub
Tarix: 01-07-2022 12:13 | Bölmə: Mədəniyyət
Teatra baş rejissor təyin olunub
Mikayıl Mikayılov Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub.

Teatrın mətbuat xidmətinin məlumatına görə, artıq yeni baş rejissor kollektivə təqdim edilib. Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak edib.

Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M. Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur.

Müxtəlif illərdə “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}