Türk serialının növbəti bölümü Şuşada çəkiləcək - Fotolar
Tarix: 07-07-2022 13:12 | Bölmə: Mədəniyyət
Türk serialının növbəti bölümü Şuşada çəkiləcək

Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialının 3-cü mövsümünün bir neçə bölümü Şuşa şəhərində çəkilə bilər.

Reyting.az
“Olay”a istinadla istinadla xəbər verir ki, Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu imiş.

Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə “Şərqdəki Şuşa da bizimdir”,- deməsinin gələcək hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir.

Qeyd edək ki, “Kuruluş Osman”da həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.

Onu da bildirək ki, serial yeni televiziya mövsümündən AzTV-də də yayımlanacaq.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}