Xalq artisti xəstəxanaya yerləşdirilib
Tarix: 29-08-2022 11:49 | Bölmə: Mədəniyyət
Xalq artisti xəstəxanaya yerləşdirilib

Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Reyting.az xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:

"Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}