23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Çaqqal oğlu çaqqal - Akif Əli yazır
Tarix: 01-06-2021 13:21 | Bölmə: Akif Əli

Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
...Ay keçdi, il dolandı, nəhayət, uzaqdakı dərənin heyvanları da özlərinə bir fərli başçı seçmək qərarına gəldilər. Şir, Pələng, Ayı, Canavar, İlan və cəmi irili-xırdalı canlılar yığışıb etiraz etdilər ki, balam, nə qədər bu xəlvət dərədə dələduz Tülkü bəy olacaq?! Canımız boqazımıza yığıldı, nə vaxtacan bizdə ara qarışıb məssəb itəcək?! Biz də özümüzə görə bir kişiyik! Bizim də lopa bığımız, qıllı pəncəmiz var. Olmazmı bizdə də bir layiqli başbilən çıxa, hərəni öz yerinə oturda, böyük-kiçik bilinə, dolanışığımız sahmana düşə?!
Bəli, məsləhət-məşvərətdən sonra yekələr qərara gəldilər ki, bütün mənəm-mənəm deyənlər bir yerə toplaşsınlar və kim daha əzəmətli, daha həşəmətli, daha şücaətli və daha ləyaqətlidirsə, o da taxta çıxsın.
Xəbər dərəni bürüdü, bütün özunə güvənən, güvənməyən, mənəm-mənəm deyən, deməyən heyvanlar dərəyə sarı axışmağa başladılar.
Bunlar burada axışmaqda olsun, kimdən xəbər verək, dələduz Tülküdən. Tülkü görəndə ki, ey dadi-bidad, dünyanın axırı gəlib çatıbdı, heyvanlar Tülkünün əlindən bezar olub, bugün-sabah vəziyyət dəyişsə dərisinə saman təpəcəklər, özünü vurdu ulaya-ulaya yem axtaran dostu Çaqqalın yanına. Dedi, bəs bağ belə, bostan belə, yekə heyvanlar qızışıblar, məni hədələyiblər, səni də parçalayacaqlar.
Çaqqal uladı: “Səni hədələyiblər, məni niyə parçalayacaqlar?”
- Dədənə görə. - Tülkü bic-bic dedi. - O, ömrü boyu bu dərədə çaqqallıq eləyib. Neçə Qurdun adı ona görə bədnam olub.
- Elə?
- Bəli, elə!
- Bəs indi neyləyək?
- Heyləyəcəyik, sən gərək rəhbər olasan ki, biz salamat qalaq.
- Ə, dəli olmusan? Məndən rəhbər olar? Mənim ulamaqdan savayı bir bacarığım, qabiliyyətim yoxdur.
- Özünü tülkülüyə vurma, - Tülkü Çaqqala dedi. - Güya ürəyindən şahlıq keçmir?
- Belə də... Adamlar demiş, hamı istəyər ki, bu fani dünyada padşahdan-zaddan olsun... Amma nolsun? Kimdi məni başçı qoyan?
- Mən! – Tülkü ərklə dedi. - Sənin işin yoxdur. Sən mənə qulaq as və bundan sonra ağzını açıb bir də o eybəcər səsini çıxartma. Mən səni taxta çıxaracam.
...Bəli, gün gəldi qurd-quş bir talada cəm oldu. Ayı ortalıqda agır-ağır gərdiş edirdi. Pələng dişlərini qıcadıb nərildəyirdi. Şir uzanıb müdrikcəsinə camaatı seyr edirdi. Canavar pəncəsini gəmirə-gəmirə meydanda dövrə vururdu. İlan qıvrılıb fısıldaya-fısıldaya fikirə dalmışdı...
Xülasə, seçim başlandı.
Xudaya, sən özün kömək ol! Sən özün bu bədbəxt və biçarə heyvanların dərdinə əlac elə!
Pələngi heç kəs bəyənmədi. Çox çılğındır, dedilər. Xırda bir şeyin üstündə hamını qırıb-çatar. Padşah gərək müdrik olsun.
Şir müdrik idi, amma yatağan idi. Padşah bu gədər yatsa, dərəbəylik olar, dedilər. Yenə Tülkü meydan sulayar. Padşah gərək həmişə ayıq olsun, qıvraq olsun.
Canavar ayıq-sayıq idi, amma rəngi heç kimin xoşuna gəlmirdi. Bombozdur, dedilər, boz adamdan padşah olmaz. Boz adam hamını özündən hürküdər. Padşah gərək mülayim və rəhmdil olsun.
Bu vaxt Tülkü sifətinə bədbəxt görkəm verib yazıq-yazıq qayıtdı ki, bəs, camaat, məni də dinləyin də, nolar...
- Ə kəs, elə sənin zibilinə düşmüşük. Sən danışma. Çıx meydandan, yoxsa dərinə saman təpərik.
Tülkü özünü tülkülüyə vurdu:
- Baş üstə... Siz bilən məsləhətdi... Amma bir yaxşı təklifim vardı, neynək, qalsın başqa vaxta...
- Nə təklifdi o elə?
- Mən bir canlara dəyən oğlan tanıyıram, sizdən yaxşı olmasın, qızıl kimi adamdır. Xasiyyəti mülayim, qolu zorlu, ağlı üstündə, başıaşağı, sakit, tədbirli, ləyaqətli, dəyanətli, əsil-nəcabətli, köklü-köməcli... Görünüşü də ki, iki göz istəyir tamaşa eləsin. Yemə-içmə, səhərdən axşamacan bunun xətti-xalına, gül-camalına tamaşa elə...
Bunu deyəndə dişilər hayıl-mayıl oldular. Hamısı bir ağızdan xəbər aldı:
- Kimdir o? Hardadır? Göstər...
Bəh, bəh! Tülkü bir göz qırpımında xəlvətə girib orda saxladığı Çaqqalı çəkdi ortalığa. Bu dəfə dişilərlə bərabər erkəklər də mat qaldılar. Bu nə gözəl heyvan imişi, ilahi! Bəs niyə bu vaxtacan bu gözəl heyvanı görməmişik? Niyə onu tanımamışıq?
Çaqqal gün işığında par-par yanırdı, tükləri bərq vururdu. Tülkü onun hər əzasını bir rəngə boyamışdı: qulaqlar qızılı, dodaq qırmızı, gözlərin qırağı qara sürməli, kürəyi yaşıl damalı, qarnı çəhrayı zolaqlı, qolları xal-xal, pəncələri şabalıdı, dırnaqlar zərli, qurşağı ağappaq...
Bir sözlə, Tülkü bu Çaqqala rəng vurub elə dəyişdirmişdi, elə bəzəyib-düzəmişdi, elə gözəlləşdirmişdi ki, tanınmaz hala düşən Çaqqalın namizədliyi başqa ad altında şıppıltıyla keçdi. Heyvanlar dedilər, bəli, hərəmizin bir əyər-əskiyimiz, bir əyrimiz var, hamı hamını tanıyır, bilir; amma bu yeni namizəd çox qəşəngdir, tərtəmiz gül kimidir; özü də müəmmalıdır, onun haqqında heç kim heç nə bilmir. Əsil şah olmağa layiqdir. Qoy camaatın başı onun haqqında əfsanələr qoşmağa qarışsın, işlərinə qarışmasınlar.
Bəli, vəzir məsələsinə gələndə Çaqqal dedi, həzərat, mən hələ heç kimi əməlli tanımıram, ona görə də yaxşı olar ilk dövrlər üçün bir müddət yeganə tanışım Tülkü bəy mənə bələdçilik etsin, sonrasına özünüz baxarsınız.
Sonrasına ta nə baxacaqlar? Kimin nə haqqı var başçının qərarını dəyişsin?
Bah-bah! Başladı nə başladı!
Ay bu təzə başçıya təzə imarət tikilsin. Ay onun cah-calalı durmadan artırılsın. Ay onun təamları məxsusi seçilsin. Ay onun... Təzə rəhbər gündə bir ziyafətə qonaq çağırıldı; təzə başçının hər sarsaq kəlməsi hamı üçün müdrik çağırışa çevrildi; köhnə salnaməçilər ona təzə mədhiyyələr qoşdular; yarınanlar hərəsi bir oyundan çıxdı...
Amma kəsdikləri şərtə uyğun olaraq, Çaqqal heç ağzını açıb danışmırdı. Onun adından Tülkü danışırdı, hamıya Tülkü cavab verirdi... Bu minvalla dələduz Tülkü acgöz Çaqqalı əməlli-başlı adam eləyib ortalığa çıxartmışdı.
Amma... sən saydığını say!
Yenə günlərin bir günündə növbəti ziyafətlərin birində yeyib-içməkdə idilər. Rəhbərin sağlığına badələr qaldırılırdı. Şəninə bihuşedici təriflər söylənirdi, başından qızılgül ləçəkləri kimi ətirli söz zərrələri səpilirdi. Onun tüklərinin rəngi, bərbəzəkli əndamı haqqında ağızdolusu danışır, bu cür yetkin heyvanı hələ tarixin yaratmadığını deyir və məlum edirdilər ki, bu dərənin alabəzək padşahının sorağı bütün qonşu dərə-təpələrə də yayılıb. Hamı həsəd, kin-küdürət içində yanıb-yaxılır. Digər padşahlar bu qeyri-adi başçının görüşünə gəlmək üçün çaparı çapar dalınca göndərir, elçini elçiyə qoşur, ənamı ənama calayır. Münəccimlər göydə təzə peyda olmuş bürcdən xəbər verir, salnaməçilər onun eradan əvvəlki sulaləsinin yüksək şahanə mənsəbini mədh edir, loğmanlar bu nəslin alicənablığını onlardakı saf və təmiz qanla bağlayırdılar.
Bütün bu əllamələrə qulaq asan Tülkü isə üç cüt bir tək bığının altından gülümsünə-gülümsünə “heyvanına şükür!” deyə özü üçün xoşhallanır və yedikcə yeyirdi. Tülkü heç gözləmədiyi bir nəticə görüb çim yağ içində ömür sürür, dövran keçirir, özünə gün-güzəran qururdu.
...
- Bay! Sənin zatına lənət! Bədəsil oğlu bədəsil, sən nə danışırsan? Qoy oturduğumuz yerdə oturaq!
- Yox, qardaş, mən ulamaq istəyirəm. – Çaqqal bir də pıçıltı ilə Tülküyə dedi.
- A kişi, allahın olsun, bir bu məclisə bax, heç ulamaq yeridi? – Tülkü qəzəbləndi.
- Yox e, Tülkü lələ, mən yaxşı yeyib-içəndən sonra yaxşıca da ulamalıyam. İndiyə kimi özümü birtəhər saxlamışam. Amma ta dözə bilmirəm.
- A kişi, sən bu boyda malı-dövləti idarə edirsən, özünü ələ al, sənin kəlmən kitaba yazılır. Çörəyimizi burnumuzdan gətirmə, bizi məhv edərsən...
- Dözə bilmirəm axı, Tülkü lələ... Məndən asılı deyil...
- Sən dədənin goru dinmə. Dədən yaxşı kişi olub, onunla çox çörək kəsmişik, çox əməllər törətmişik, onu sevirsənsə dinmə. Qadan alım, sənin kim olduğunu bilsələr...
- Yox e... Bağışla... Auuuuuuu!!! Uaaaaaaa!!!
Çaqqal budu ha uladı.
Tülkü bircə kəlmə deyə bildi: - Tfu, zatına lənət!
Şir, Pələng, Ayı, Canavar yerlərindən dik atıldılar:
- Adə, bu ki Çaqqaldır?!
- Çaqqalı kim bizə başçı sırıyıb?!
- Vurun onu...
Bayaq dörd bir tərəfdən nəhəng heyvanlar pəncələrini atıb ala-bəzək “başçını” parça-parça elədilər, tikəsi ələ gəlmədi.
- Ayə, ordan saman gətirin, - deyib sonra Tülküyə tərəf döndülər.
Amma Tülkü nə gəzirdi? Tülkü bayaq “Çaqqal oğlu çaqqal”,- deyib meşənin dərinliyində gözdən itmişdi...
Bölməyə aid digər xəbərlər

(təmsil)

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər