12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

“Oyunbaz” - Akif Əli yazır
Tarix: 28-12-2022 15:45 | Bölmə: Akif Əli

Akif ƏLİ
(Yeni il qabağı köhnə məzhəkə)
Günlərin bir günü bir gənc gəlir Molla Nəsrəddinin yanına ki:
- Molla, mən bir üzük düzəltdirmək istəyirəm, üzüyümün qaşını möhür elətdirmək istəyirəm, o möhürdə əski əlifba ilə barəmdə gözəl sözlərin yazılmasını istəyirəm, möhürümü hara vursam dərhal kim olduğumu bilsinlər. Deyilənə görə sən də alim adamsan, məni tanıdan bir şey yaz, aparım verim nəqqaşa, həkk eləsin üzüyümün qaşındakı möhürə.
- Kimsən, nəçisən, a bala? - Molla Nəsrəddin soruşdu.
- Fərzəliyəm mən, qoca, sənətkar Fərzəli!
- Özündən müştəbeh gənc istehza ilə cavab verdi. - Oyunçu, artist, aktyor, küçədə, meydanda, ekranda, efirdə, orda-burda oyun çıxardıram, sicilləmə danışıb söz oynadıram. Ha-ha-ha... Başa düşdün?
Molla Nəsrəddin fikrə getdi:
- Hmm... Başa düşdüm... Demək, oyunbazlıq, Qaravəlli teatrı... Hansı tamaşada oynamısan?
Fərzəli əsəbiləşməyə başladı:
- Hələ heç birində. Gələcəkdə oynayaram da... Cəmi doqquz ildir institutu bitirdiyim.
- Bəs buvaxtacan hansı filmdə çəkilmisən?
- Hələ çəkilməmişəm, a kişi. Çəkilərəm da... Hələlik mən tok-şoulara çıxıram.
Molla Nəsrəddin diqqətlə gənc Fərzəliyə baxdı:
- Aydın oldu... Sən mütləq ya peşəni dəyiş, ya sifətini.
Fərzəlini hirs bürüdü:
- Nə boş-boş danışırsan, qoca? Ən gözəl sifət məndə, ən gözəl peşə məndə, ən... ən...
Molla Nəsrəddin halını pozmadı:
- “Ən” eləmə, bala... - dedi. - Niyə hirslənirsən, bu saç-saqqalla sənin sənətin düz gəlmir axı? Aktyorluq sənəti çox gözəl, çox da əziyyətli işdir. Bax, tutalım bir gün səni teatrdan çağırıb dedilər Mirzə Cəlilin “Şeyx Nəsrullah”ını oyna, onun cildinə girib Şeyxi göstər bizə. Yaxşı-pis oynayacaqsan. Çünki sir-sifət, saç, uzun saqqal, bığ... hamısı yerindədir, varındı. Buracan əla! Amma bəlkə səhəri gün səni kinoya çəkmək istədilər, çağırıb dedilər, gəl Mirzə Fətəlinin “Müsyö Jordan”ını oyna, firəng cildinə gir, onu göstər bizə. Nə edəcəksən? Ya gərək roldan imtina edəsən, ya da saqqaldan. Çünki Şeyxin saqqalı ilə Müsyönü oynamaq olmaz. Yainki olsun lap Marks, Engels... Bu saç saqqalla onları oynaya bilərsən, amma Xruşşovu, Qorbaçovu oynaya bulməyəcəksən... Camaat hoydu-hoyduya götürər. Roldan imtina etsən -peşənə hörmətsizlik olacaq. Saqqaldan imtina etsən - əqidənə. Hər iki halda hörmətdən düşüb el içində xar olarsan. Çünki əqidəni, peşəni, sifəti tez-tez dəyişmək halın fənalığıdır. Onçu deyirəm, sən ya gərək peşəni dəyişəsən, ya sifətini. Aktyorluq asan deyil, bala, məhrumiyyətləri, əzab-əziyyətləri var bu peşənin.
Gənc Fərzəli lap özündən çıxdı:
- Eee... çox uzatdın e, qoca! Səni adam bilib xahişə gəldim, sən də mənə nağıl oxuyursan. İnstitutda bu mühazirələri çox eşitmişəm, indi də sən başlama. Heyif ki, əski əlifbanı özüm bilmirəm, yoxsa özüm nəsə yazardım. Mən yeni nəsiləm, sənəti yeni əlifba ilə öyrənmişəm. Nə isə, sənlik deyil, sən tez-bazar mənim haqqımda bildiyin o gözəl sözlərdən bir şey toqquşdur, mənim necə adam olduğum bilinsin, çıxım gedim işimin-gücümün dalınca. Hörmətin də öz yerində. Mən bu günün işini sabaha saxlamayanlardanam.
Molla Nəsrəddin başını buladı, “Yaxşı, - dedi, - yazaram.” Adamın adamlığını göydə tutmuşdu axı. Qələmi götürüb zəndlə qarşısındakı göy gözlü, sarı saçlı, uzun saqqallı, şux baxışlı Fərzəliyə baxdı-baxdı və köhnədən bildiyi gözəl kəlamlardan birini kağıza yazıb oyunbaza uzatdı:
“Gözü göy, saqqalı sarı, özü səy,
Eşşəyin dal ayağı Fərzəli bəy!”
Vəssalam-şüttamam!

28.XII.2022
Bölməyə aid digər xəbərlər

“Molla Nəsrəddin-2022”

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər