14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Ermənini xilas edən sehirli Türk cümləsi - Akif Əli yazır
Tarix: 03-07-2022 14:34 | Bölmə: Akif Əli

Akif ƏLİ,
yazıçı-publisist
Türkiyədə nəşr edilən “Posta” qəzetində köşə yazarı Sadıq Gültəkinin qələmə aldığı maraqlı bir əhvalatla tanış oldum. “Reytinq”in oxucuları üçün də maraqlı ola biləcəyini düşünərək, yazını Azərbaycan türkcəsinə uyğunlaşdırmağı qərara aldım.
Əhvalat belədir ki, II Dünya Müharibəsindən əvvəl Bakırköylü ermənilərdən olan Peştemalçıyanlar ailəsi Türkiyədən Almaniyaya köçür. Berlində xalça, kilim mağazası açırlar. Müharibəyə qədər işlər yaxşı gedirmiş. Hətta o qədər yaxşı ki, ailə mağazanın idarəçiliyini oğlanları Arama etibar edib firavan yaşayırmış.
Ancaq müharibənin ayaq səsləri artdıqca hər ötən gün əvvəlkinə şükür oxutdurur. 1944-cü ildə Sovet ordusu Berlini mühasirəyə alır. Tezliklə qoşun Berlinə girib şəhərin hər nöqtəsini işğal edir. Qarət, qırğın, ölüm-itim, təcavüz, oğurluq, zorakılıq Almaniyada həyatın ayrılmaz hissəsinə çevrilir. Bu ağır şəraitin hökm sürdüyü günlərdə Rus-Sovet Komandanlığı əhaliyə xəbərdarlıq yayır: “Hər tərəf rus əskərləri üçün açıq olmalıdır!”
Təbii, müharibənin amansız üzünü çılpaqlığı ilə görən Peştemalçıyan ailəsi də əmrə müntəzir çalışır.
Bir gün mağazadan içəriyə çığır-bağırla iki Sovet əskəri girir. Əskərlərdən biri xalça-palaza baxmağa başlayır. O birisi isə hadisələri donuq vəziyyətdə yerindən tərpənmədən izləyən Peştemalçıyanlar ailəsinə tərəf yeriyir. Onların gənc qızına yaxınlaşıb əl atmaq istəyəndə, qardaşı Aram ani hərəkətlə əskərin əlini kənara itələyir. Bu gözlənilməz hərəkətdən qeyzlənən badamı gözlü əskər silahını çəkib Aramın təpəsinə dirəyir.
Aram Peştemalçıyan qorxusundan titrəyən arvadına tərəf dönüb: “Biz indi nə p...x yedik!” deyir. Bu sözü eşidən əskər anidən silahı endirib - “Sən nə dedin?” soruşur. Yaşadığı olayın şokundan ayıla bilməyən Aram istər-istəməz sözü təkrarlayır: “Biz indi p...x yedik!”
O anda bir möcüzə baş verir. Tapançasını qaytarıb qoburuna qoyan əskər uzun illər görmədiyi dostu ilə rastlaşıbmış kimi, Peştemalçıyanın boynuna sarılır. Şok üstünə şok yaşayan Aram nə baş verdiyini anlamağa çalışırkən, əskərin ucadan - “Biz qan qardaşıyıq, mən də sənin qardaşınam!” deməsini, sevincdən çılğına dönməsini heyrətlə seyr edir.
Məlum olur ki, mağazaya girənlər Rus deyil, Sovet ordusunda xidmət edən Qırğız əskərləri imiş. Onlar qarşılarındakı adamların Türkcə danışdığını eşidib Türk olduqlarını zənn edir, sevinirlər. Ermənilər isə məsələni açıb-ağartmırlar. Türkcə danışmaqda davam edirlər. Yalnız Qırğızlar çıxıb gedəndən və təhlükə sovuşandan sonra, Peştemalçıyanlar rahat nəfəs alırlar.
...Müharibə başa çatır, ağır günlər arxada qalır. Peştemalçıyan ailəsi çox sonralar Berlində çalışan bir Türk jurnalistə bu əhvalatı danışır və həyatlarını qurtaran o sehirli cümləni lövhəyə yazdırıb evin ən gözəl guşəsindən asmaq istədiklərini deyirlər.
Türk jurnalisti onlara yardımçı ola biləcəyini söyləyir, Türkiyəyə döndükdə verdiyi sözü yerinə yetirmək üçün Çəmbərlidaşda yerləşən tanınmış xəttat və cildçi Emin Barının sexinə gedir. Yazılmasını istədiyi həmin cümləni eşidincə Emin Barın da çaşıb qalır. Sən demə, o dövrlər Almaniyada təcrübədə olan vaxt eyni sıxıntılı hallar yaşayıbmış.
Emin Barın bir həftədən sonra lövhəni hazır edib jurnalistə təhvil verir. Jurnalist zəhmət haqqını ödəyib lövhəni götürür və Almaniyaya gedəndə Arama çatdırır.
Və bər-bəzəkli lövhədə gözəl xəttlə Türk dilində “Biz indi p...x yedik!” yazılmış xilasedici cümlə erməni Peştemalçıyanlar ailəsinin evinin divarını bəzəyir.
(Bu hadisə ilk dəfə Türkiyədə 1966-cı ildə “Bir ailəni xilas edən arqo cümlə” başlığı altında “Yeni Qazete”-də dərc edilmişdir.)
***
3 iyul 2022
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər