10:51 / 14-10-2025
Şagird yerdəyişməsinə start verilir
10:46 / 14-10-2025
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
10:30 / 14-10-2025
Agentliyə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
10:20 / 14-10-2025
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
10:11 / 14-10-2025
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
10:01 / 14-10-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
09:52 / 14-10-2025
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
09:49 / 14-10-2025
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil"
09:40 / 14-10-2025
Bu gün üç rayonda qaz olmayacaq
09:21 / 14-10-2025
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
09:11 / 14-10-2025
Sarkozi cəzasını "Sante"-də çəkəcək
09:09 / 14-10-2025
Daha bir QHT sədrinə cinayət işi açılıb
09:00 / 14-10-2025
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
08:48 / 14-10-2025
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
08:37 / 14-10-2025
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
08:30 / 14-10-2025
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
08:22 / 14-10-2025
Rusları Latviyadan niyə qovurlar?
08:14 / 14-10-2025
Belçika silahlanmaya 34 milyard avro xərcləyəcək
08:08 / 14-10-2025
Bayden Trampı və komandasını tərifləyib
08:03 / 14-10-2025
Çin ABŞ-la sona qədər mübarizə aparacaq
21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:58 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

Şişirdilmişlərdənsinizmi? - Akif Əli yazır
Tarix: 09-10-2022 18:50 | Bölmə: Akif Əli

Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist
Köhnə dünyanın zehniyyətini yeni dünyaya daşıyan əski qələmçalanların sevimli arqumenti var: “Mənim yazdığım əsəri bəyənməyən, qoy özü hələ bundan yaxşısını yazsın görək...”. Özünümüdafiə məqsədi güdən bu iddia – xəstə eqoizmi sağlam məntiqdən üstün tutmağın göstəricisidir. Açıq polemikadan qaçıb xəlvəti şantaj arxasına girmək deməkdir.
Təbii, yaradıcı insan tənqidi qəbul edə də bilər, etməyə də bilər. Ona etiraz edə də bilər, etməyə də bilər. Buna söz yox. Amma əsil sənətkar qafası bu sayaq sönük işartı saçmaz. Heç bir həqiqi ədəbi nəhəng tənqidə belə səfeh irad bildirməz.
Örnək çoxdur: bizim ədəbiyyatda da, xarici ədəbiyyatda da. Tarixdə nə qədər istedadlı adam olub ki, yaradıcılığa şeirlə başlayıb və sonra zəif şair olduğunu anlayıb, bu məşğuliyyətin başını buraxıb və keçib nəzəri sahəyə.
Ancaq heç bir ciddi yazar həmin ədəbiyyat bilicisinin tənqidi mülahizələrini, nəzəri baxışlarını qınamayıb; niyə əsərimizi tənqid edir, amma özü şeir, poema, hekayə yaza bilmir - deyə günahlandırmayıb; əvvəlcə getsin bir roman yazsın, sonra gəlsin mənim romanmı tənqid etsin... və s. deməyib.
Çünki ağıllı adamlar bilir - cin ayrı, şeytan ayrı. Yəni: tarixən əxlaqsızlığı, eybəcərliyi, acgözlüyü, dələduzluğu, fırıldaqçılığı, vicdansızlığı tənqid edənlər bunu ona görə etməyiblər ki, özləri həmin təcrübəyə malik olublar.
Yaxud estetik olana, gözəl olana, ülvi olana qiymət verən filosoflar özləri gözəllik yarışının qalibi olmayıblar.
Fəhmlə, biliklə istintaq aparıb caninin cinayətini ifşa edən bacarıqlı hüquqşünas heç də şəxsi cinayətkarlıq təcrübəsindən çıxış etmir.
Elmi laboratoriyada atomun elektron, neytron, proton və daha kiçik zərrəciklərə bölündüyünü kəşf edən nəzəriyyəçi fizikin özünün əvvəlcə həmin zərrəciklərdən yaratmasına heç də ehtiyac yoxdur.
Lap sadəsi, bir binanın yaxşı, ya pis olduğuna qiymət vermək səlahiyyəti ancaq mahir malakeşlərin ixtiyarında deyil.
Nəhayət, bir ağıllı adamın kobud misalı, - fahişəyə fahişə demək üçün mütləq fahişəlik təcrübəsinə malik olmağa ehtiyac yoxdur. Həqiqətən də: məgər küçə qadınına qiymət vermək üçün küçədə o qadından daha üstün fəaliyyət göstərməkmi lazımmış?
Xülaseyi-kəlam, örnək çoxdur və hər sahədə var: nəyəsə qiymət vermək, nəyisə bəyənib-bəyənməmək üçün mütləq həmin nədənsə daha yaxşısını yaratmaqla səlahiyyət qazana bilərsən deyə bir anlayış yoxdur. Əgər bu cür anlayış daşıyıcısı varsa, demək adam anlaqsız və əhəmiyyətsizdir.
Tarixən cəmiyyət - söz, fikir, düşüncə azadlığının məcmusu olan sağlam tənqidlə inkişaf edir. Gözüyumulu ifrat mədhlə yox. Toxunulmazlıq durğunluq yaradar.
Ədəbiyyatda da eynən, dar düşüncəli geri zəkalılar ədəbi tənqidin yolunu daraltmasın gərək. Ədəbiyyatın inkişafını istəyən adam, söz, fikir, düşüncə azadlığının məcmusu olan sağlam tənqidin önünə daş itələməz.
Dolayısı ilə, “Mənim yazdığım əsəri bəyənməyən, qoy özü bundan yaxşısını yazsın görək...”, - iradı düşüncə naqisliyidir. Çünki problemsiz düşüncə tənqidə dözümlü olur və kibirlənmədən tənqiddən nəticə çıxarır.
“Mənim yazdığım əsəri bəyənməyən, qoy özü bundan yaxşısını yazsın görək...”, – demək, həm də mənəviyyatın naqisliyidir. Çünki qısır və eqoist olmayan mənəviyyatda ürək daha geniş və səmimidir.
“Mənim yazdığım əsəri bəyənməyən, qoy özü bundan yaxşısını yazsın görək...” – hikkəsini ancaq o kəs yeridə bilər ki, onun məşhurluğu sağlam yaradıcılıq axarı ilə yox, köhnə dünyanın zehniyyətini yeni dünyaya daşıyan əski qələmlər sayağı - tapşırıqla şişirdilmişlərdəndir.
Ancaq şair də yaxşı deyib:
“Naəhl olana mətləbi andırmaq olurmu?!
Söz qanmayana zor ilə qandırmaq olurmu?!”
9.10.2022
Bölməyə aid digər xəbərlər

(pamflet)

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər