14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
13:50 / 21-11-2024
NASA yüzlərlə mütəxəssisi işdən çıxarır
13:49 / 21-11-2024
Yaşayış minimumu 285 manat olacaq
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
13:17 / 21-11-2024
Türkiyədə azərbaycanlı qadın güllələnib
13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlamenti öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
Prezidentin “tele-dərsləri” - Akif Əli yazır
Tarix: 17-07-2021 17:30 | Bölmə: Akif Əli
Akif ƏLİ,
fəlsəfə doktoru,
Əməkdar jurnalist,
yazıçı-publisist.
Jurnalistika şərəfli və müqəddəs peşədir. Jurnalistlər tarixi yazan, xalqın ürək sözünü deyən, həqiqəti çatdıran, ictimai rəyə təsir edən ziyalılardır. Təbii ki, sağlam vətəndaş mövqeyi olan vicdanlı, istedadlı, peşəkar jurnalistlər nəzərdə tutulur. Hərçənd bu keyfiyyətlərə malik olmayan qələmdaşlara jurnalist də deyilməz.
Mühüm ideoloji sahə olan mətbuatda çalışmağı özünə peşə seçmiş adamın bir çox keyfiyyətləri olsun gərək: yüksək səviyyəli əxlaq, savad, mədəniyyət, analitik təfəkkür, müasir düşüncə, geniş dünyagörüşü... Bu keyfiyyətləri olan adamlar hadisələrə, faktlara və situasiyalara sağlam münasibət sərgiləyib, cəmiyyətə söz deyə bilər. Hər belə peşəkar kadrın yetişməsi isə illərlə başa gəlir.
Hərgah qələmin borcu həqiqəti yazmaqdırsa, gərək düzü-düz, əyrini-əyri yazsın. Həqiqət budur ki, nə qədər inkişaf edir-etsin, problemsiz nə həyat var, nə insan var, nə də cəmiyyət. Ancaq cəmiyyət mətbuata geniş ürəklə əlavə hüquqlar və səlahiyyətlər verdiyi kimi, onun üzərinə əlavə məsuliyyət də qoyur. Bu məsuliyyət peşə etikasına riayət etməkdən, peşənin ləyaqətini yüksək tutmaqdan ibarətdir.
Peşənin elementar prinsiplərinə riayət etmək, ümumiyyətlə, hər sahədə vacibdir. Alim, müəllim, həkim, polis, yazıçı, mühəndis, siyasətçi, iqtisadçı... Bütün peşələr üçün peşə etikasına riayət - alicənablıqdır. Hər peşənin xüsusiyyətindən irəli gələn özəl prinsipləri var. Hər peşə sahibi vətəndaşlıq və dövlətçilik mövqeyindən çıxış etməyə, haqqı, ədaləti müdafiə etməyə, obyektiv və prinsipial olmağa, cəmiyyətin inkişafı naminə çalışmağa borcludur. Ancaq mətbuat kimi həssas və kütləvi sahədə peşə prinsiplərinə riayət daha vacibdir.
Bütün peşəkar jurnalistlər bilir ki, jurnalistin etik davranış qaydalarının baza prinsipləri obyektivlik, doğru-düzgünlük və qərəzsizlikdir. Müxtəlif baxışları, mövqeləri olduğu kimi işıqlandırmaq jurnalistikanın borcudur. İnformasiyanın mənbəyinin göstərilməsi vacib şərtlərdən olduğu üçün, bir vaxtlar tez-tez rast gəlinən - “mötəbər mənbə”, “məlumatlı mənbə”, “səlahiyyət sahibi”, “deyilənə görə” və s. bu kimi anonim istinadlarla məlumat yaymaq, əslində dezinformasiya mahiyyətlidir. Nüfuzunu düşünən mətbu orqan daxil olan ən “qaynar” informasiyanı da bir-neçə mənbədən dəqiqləşdirib düzgünlüyünə əmin olmadıqca, yayılmasına tələsməz. İnsanları siyasi, dini, irqi, cinsi mənsubiyyətinə görə aşağılamaq, şərəf və ləyaqətini alçaltmaq, şəxsi həyatına müdaxilə etmək yolverilməzdir. Mətbuatda tənqidi materialların olması normaldır, ancaq ən kəskin tənqidi yazılarda da etik çərçivə gözlənilməlidir. Tənqid olunan tərəfə isə cavab hüququ vermək, hər hansı səbəbdən yanlış məlumat yayılıbsa, onu təkzib etmək peşə etikasının şərtlərindəndir. Səhvi etiraf edib üzr istəmək böyüklük əlaməti olduğu kimi, təkzib də mətbu orqanı əskiltməz, əksinə, ona inamı artırar. Mətbu orqanı və jurnalist peşəsini nüfuzdan salan əsas məqamlardan biri müəyyən maraq naminə bilərəkdən yalan, böhtan, şantaj xarakterli materialların dərcidir. Ədalətsizlik edib nahaqdan təmiz adamlara məqsədli şəkildə ləkə yaxmaq, sifarişlə şər, böhtan xarakterli materialları kütləviləşdirmək nəinki yolverilməzdir, hətta hüquqi məsuliyyət yaradan əməldir...
Bir sözlə, yalnız cəmiyyətin qanun-qaydalarına, peşənin norma və prinsiplərinə riayət edən mətbuat orqanı və jurnalist auditoriyanın hörmətini, ehtiramını, inamını qazana bilər. Bütün bu xatırlatmalar təbii ki, onlara əməl edən hörmətli media təmsilçiləri üçün deyil. Mətbuat Günü ərəfəsində bunların xatırlanması sözügedən təməl prinsiplərə laqeydlik göstərən, onları rahatca tapdalayıb keçən mətbuat nümayəndələrinə daha çox faydalı ola bilər.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə jurnalistikanın da əhatə dairəsi genişlənib. Klassik radio, televiziya, qəzet jurnalistikası ilə yanaşı, internet media yaranıb, sosial şəbəkələrdə çalışan çoxsaylı informator ordusu var.
Təbii ki, elektron məkanda fəaliyyət göstərmək çap mətbuatında olduğundan daha mürəkkəb və çoxkomponentlidir. Xüsusən, tele-efirin baxımlı olması asan başa gələn iş deyil. Şərtləri çoxdur - jurnalist ustalığı, redaktor səriştəsi, rejissor təfsiri, operator duyumu, rəssam bacarığı, işıq, səs, montaj texnikası, qrim sexindən tutumuş dülgər sexinə qədər müxtəlif emalatxanalar və s. Bütün bunlardan da vacib – həmin komponentləri bir araya gətirib eyni məqsədə yönəldə bilən peşəkar idarəçiliyin olmasıdır.
Həmişə mətbuatın ən böyük problemlərindən biri mövzu qıtlığı olub. Yüzlərlə bir-birini təkrarlayan oxşar televiziyaların, saytların, qəzetlərin fəaliyyət göstərdiyi indiki şəraitdə problem qələm adamlarının qarşısında daha kəskin dayanır. Yeni mövzu tapmaq, oxucunun, tamaşaçının diqqətini cəlb etmək asan deyil. Xüsusilə, peyklərin gecə-gündüz yaydığı yüzlərlə tele-kanalların rəqabəti mühitində baxılan veriliş hazırlamaq, tamaşaçını ekran qarşısında saxlamaq çətinləşib. Bir kanalda veriliş onu maraqlandırmasa, pultun düyməsini basıb başqa kanala keçmək isə çox asandır.
Unutmayaq ki, yaxın zamanlara qədər mətbuatımızı çuğlayan həlməşikli tənəzzül dalğası tele-radio sahəsini daha çox vurmuşdu. Tele-radio jurnalistikasının 1970-80-ci ilərdə məhdud texniki imkanlar və qatı senzura şəraitində əldə etdiyi yaradıcılıq uğurlarının üzərində daha proqressiv nəticələrə nail olmaq üçün irəliləmək əvəzinə, milli tele-kanallarda baş alıb gedən vakxanaliya efiri geri-geri aparıb reqressə ürcah elədi. Klassik tele-radio jurnalistlərinin böyük zəhmət və yaradıcı potensial hesabına ərsəyə gətirdikləri uğurlar uduzuldu, nailiyyətlər unuduldu, efir estetikası büsbütün pozuldu və televiziya sənətkarlığı dibdən-dibə yuvarlandı. Peşənin nə etik, nə estetik meyarları barədə anlayışı olmayan “yenilikçi” zümrə medianı qisas məkanına çevirdi. Amalı xalqın və dövlətin ideallarına xidmət etmək olan müqəddəs mətbuatımız şər, böhtan, yalan, şantaj, reket vasitəsi kimi istifadə olundu. Mediaya, sosial şəbəkələrə sızdırılan sənətdən, yaradıcılıqdan uzaq zümrə yalnız ara qarışdırıb "gündəm dəyişdirmək", "rəqibi zərərsizləşdirmək", "təmiz kadrları ləkələmək ", "suyu bulandırmaq", “bazarı ələ keçirmək” kimi cılız “mübarizə” üsullarına səfərbər idilər.
Bu - sırf nadan idarəçiliyi idi...
İndi cəmiyyətə, ictimai-siyasi mühitə, dövlət idarəçiliyinə, mənəvi-mədəni sferaya ciddi ziyan vurmuş o "yenilikçi” dəst-xətt artıq gözə dəymir. Pisliklər qeybə çəkilib. Media mühiti saflaşmaq şansı qazanıb. Ancaq meydanın tam təmizlənməsi üçün müəyyən vaxt lazımdır.
Televiziya peşəkarları bilir ki, efirin səviyyəsi həm də efirdəkilərin səviyyəsi ilə ölçülür. Efirdəkilərin səviyyəsi isə efirə nəzarət edən arxadakı yaradıcı və yönətici adamlardan asılıdır. Efirdə gördüyümüz bütün naqisliklər də onlara bağlıdır. İcazə verənlərin səviyyəsi odur. Şou janrının adını eşidib özünü tanımayan belə yönəticilər xüsusi “istedadla” televiziya sənətini “plindus” səviyyəsinə qədər endirməyə müvəffəq oldular. Jurnalistikada peşəkarlığın əhəmiyyətini və qədrini bilməyən hərşeyşünaslar ən birinci intellekti efirdən qaçaq saldılar. Ağlı üstündə olan vətəndaş nə qədər patriot olsa da, zövqsüz verilişlər hazırlayan milli telekanallardan vaxtına və zövqünə təcavüz istəməz və istəmədi. Türkiyə, Rusiya kanallarında hərə özünə uyğun veriliş axtardı.
Əlbəttə, bir çox yaradıcı və texniki səbəblər üzündən verilişlərdə heç də həmişə bütün nəzərdə tutulan keyfiyyət səviyyəsinə nail olmaq mümkün olmur. Ancaq bu, o demək deyil ki, əzablı jurnalist fədakarlığına, zəngin yaradıcılıq axtarışlarına qatlaşa bilməyib, intellekt işartısının görünmədiyi efir məhsulları ilə tamaşaçının gözünə kül üfürəsən. Efirlə məsuliyyətsiz davranışın gözdən, nüfuzdan və hörmətdən düşmək kimi ağır cəzası var.
Efir hiperbolasının eniş əyrisi ta ki 2020-ci ilin 27 sentyabr gününə qədər davam etdi. Vətən müharibəsinin başlanması ilə mövzu nəhrinə qəfil sel gəldi. İllər uzunu şit şoular göstərməkdə “püxtələşən” TV-lər bu seli qarşılamağa hazır olmadılar. Xarici mətbuat, xüsusən, qardaş Türkiyə mediası və çevik sosial şəbəkələr dərhal təşəbbüsü ələ aldılar. Qarabağ müharibəsinin gedişini bizim əhali də, dünya ictimaiyyəti də o mənbələrdən izlədi.
Həqiqət budur ki, Ali Baş Komandan efirə çıxana qədər milyonlarla vəsait sərf olunan milli televiziyalara baxan yox idi. Prezident İlham Əliyevin heyrətamiz çıxışları və Müdafiə Nazirliyinin cəbhədən yaydığı ləzzətli bombardman görüntüləri tamaşaçıları yenidən ekran qarşısına qaytardı. İllərdən sonra ağıllı xalq Prezidentin çıxışlarına və düşməni iti qovan kimi qovan əsgərlərimizin cəbhə şüvaətlərinə görə milli efiri izləməyə başladı. Ali Baş Komandan Ordunu əzmlə idarə etməklə yanaşı, hər məntəqənin azad edilməsi haqqında qürur doğuran məlumatları ilə, xalqa müraciətləri, apardığı yüksək səviyyəli danışıqları, çox maraqlı müsahibələri ilə Azərbaycan Televiziyasını son illərin ən baxımlı proqramlarından daha baxımlı etdi, milyonların daim gözlədiyi qəhrəmana çevrildi.
Bu vaxta qədər bacarıqsız yaradıcı və yönəticilərin efirə verdikləri səviyyəsiz şouların “reytinq gətirdiyini” deyərək, guya bizim tamaşaçının özünün səviyyəsinin aşağı olduğunu və reytinq xatirinə televiziyaların belə verilişlər hazırlamağa məcbur olduğunu iddia edirdilər. Amma əslində bu bəhanə altında həm öz bacarıqsızlıqlarını gizlədir, həm də rahatca xımır-xımır dövlətin milyonlarını sovurmaqla məşğul idilər.
Prezidentin müharibə dövründəki fəaliyyəti sübut etdi ki, əksinə, xalqın efirdəki səviyyəsizliyə yox, ağıla, düşüncəyə, sərrast danışığa, səlis nitqə və həqiqət sözünə ehtiyacı var. Bu vətənpərvər xalq igidliyi, mərdanəliyi, ağayanalığı, ruh yüksəkliyini, intellekt işığını daha çox qiymətləndirir. Qanlı-qadalı ağır müharibə günlərində gərgin qrafiklə işləyən Ali Baş Komandanın çıxış və müsahibələri ən maraqlı verilişlərdən də maraqla izlənirdi. İnsanlar saatlarla Azərbaycan efirinə baxır, ekrandakı şəxsiyyətin bacarığına afərin deyir, fəxr edir, qürur duyurdular. Onun sərrast ifadələri aforizmə çevrilib dillər əzbəri olurdu: “Noldu, Paşinyan... Bəs Cəbrayıla yol çəkirdin... Bəs Cıdır düzündə yallı gedirdin... Təpəsinə dəmir yumruğu endirdik... İti qovan kimi qovduq...”
Müharibə günlərində və müharibədən sonra Prezident təkbaşına efirlərə “reytinq qazandırmaqda” davam etdi. O, slah-sursatla üstümüzə gələn bişərəf ermənilər kimi, qələm-mikrofonla hücuma keçən ermənipərəst “prokuror-jurnalistlərin” də hikkəli “doproslarına” sərrast “atəşlərlə” əks-cavablar verirdi. Dünyanın dörd bir tərəfindən gəlmiş təcrübəli müxbirləri dörd dildə dörd saatlıq mətbuat konfransı ilə heyrətə salırdı. Adamlar saatlarla ekran qarşısında əyləşib tək bir nəfərin çıxışına baxırdı və ürəyindən tikan çıxırdı. Prezidentin bu çıxışları milli tele-proqramları zənginləşdirirdi, redaksiyalara yeni-yeni mövzular verirdi. Onun çıxışlarının nümayişi, şərhi, təhlili, təbliği üzərində qurulan verilişlər, aparılan müzakirələr, çəkilən telefilmlər, süjetlər bir ilə yaxındır efirləri maraqlı və məzmunlu etmədədir...
Burada başqa bir həqiqət də üzə çıxdı: bacarıqsız tele-yönəticilərə sübut olundu ki, maraqlı veriliş etmək üçün studiyanı palatka toyuna, sirk arenasına döndərməyə ehtiyac yoxdur. Tək bir nəfər də boş masa arxasında əyləşib, heç bir kağıza baxmadan, öncədən ssenari yazılmadan, hazır mətni olmadan, veriliş üçün heç bir xərc çəkilmədən ekspromt olaraq saatlarla tamaşaçı diqqətini cəlb edib, efiri baxımlı edə bilər! Bunun üçün televiziya ekranlarında tamaşaçının qarşısına şəxsiyyət çıxmalıdır! İntellekt, bilik, savad, istedad çıxmalıdır...
Prezidentin master-klass dərsləri göstərdi ki, indiyə qədər bəzi naşı rəhbərlər və yönəticilər “reytinq” deyə-deyə bacarıqsızlıqlarının məhsulu olan səviyyəsiz verilişlərin günahını tamaşaçının boynuna yükləməklə, sadəcə dövlətin milyonlarla pulunu havaya sovurduqlarını ört-basdır ediblər. Çünki elə həmin “səviyyəsiz” dedikləri tamaşaçı ən yüksək səviyyəli intellektual söhbətə indi saatlarla oturub baxır və gözünü ekrandan çəkmirdi. Və səviyyəsiz telekanal yönəticilərinin həmişə “səviyyəsiz” adlandırdığı həmin xalqın arxa və ön cəbhədəki şücaətləri haqqında süjetlər, söhbətlər, çəkilişlər indi efiri baxımlı edirdi...
Əlbəttə, ölkə rəhbəri çapında olan ali səviyyəli çıxışçıları tapıb ekran konveyerinə çıxartmaq mümkünsüzdür. Ancaq Prezidentin “tele-dərslərinin” əsas nəticəsi odur ki, çapından asılı olmayaraq ekrana şəxsiyyət çıxmalıdır! Səviyyəli adamlar ekranda olmalıdır. Kanallar məhz maraqlı şəxsiyyətləri axtarıb üzə çıxartmalı, efirə dəvət etməlidir ki, verilişləri baxımlı, maraqlı, faydalı olsun. Xərclənən vəsait havaya üfürülməsin. Çünki tamaşaçı ancaq ekrandan onunla səmimi danışan şəxsiyyətə inanır və baxır. Zövqsüz düşüklərə yox.
Maraqlı şəxsiyyət tapmaq üçün heç də mütləq qaydada ali savad diplomu, elmi adı, sanballı vəzifəsi, təltifləri olanları axtarmaq vacib deyil. Adam lap məhdud məkanda fəaliyyət göstərsin, amma öz peşəsinin bacarıqlı mütəxəssisi olsun. Daxili zənginliyə malik yetgin şəxs olsun. İstər akademik, istər çoban - fərq etməz. Əgər o, peşəsinin ustadı olacaqsa, iç dünyası zəngin olacaqsa, danışığı, davranışı təbii olacaqsa – demək adam kimi adamdır! Keyfiyyəli, faydalı və maraqlı insandır. Özünü əhəmiyyətli göstərmək üçün kamera qarşısında poz verməklə, süni qrimaslarla tamaşaçını özünə güldürməyəcək... Təbii insan dünyanın hər yerində maraqlıdır. Onun aurasındakı işıq ünsiyyətdə olduğu insanların da qəlbinə, ruhuna işıq ötürür. Və təbii ki, çıxış etdiyi efirə də işığı yayılacaq. Veriliş də maraqlı olacaq, tamaşaçı da kanalı dəyişmədən məmnuniyyətlə onu dinləyəcək.
İşıqlı qonaqları olan efirin mədəniyyəti, hörməti və nüfuzu da artıq olar.
17.07.2021
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər