18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
11:42 / 20-10-2025
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
11:30 / 20-10-2025
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
11:26 / 20-10-2025
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
11:21 / 20-10-2025
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

Ey pul! - Akif Əli yazır
Tarix: 21-04-2021 09:55 | Bölmə: Akif Əli

Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist.
(Dahi Sabirin sarkazmı fonunda müasir düşüncələr)
“Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!”
Kim bilmir ki, pul - yaşamaq üçün əsas vasitədir. Pulsuz heç bir iş getmir. Pul hamıya, həmişə, hər yerdə lazım olur. Onu əldə etmək hər kəsin marağındadır və hər kəs üçün pul qazanmaq zəruridir. Çünki pul bütün bağlı qapıları açır. Bütün müşkülləri aşırır, problemləri həll edir.
Amma təəssüf ki, adamlar hər yerdə, hər vaxt istədiyi qədər pul əldə edə bilmir. Əldə edə bilməsə də hamı özünü məhz bu yolda oda-közə vurur, özünü yandırıb-yaxır. Halbuki bu cəhd mənasız cəhddir. Bir qədər təmkinli olmaq daha yaxşıdır. Müasir atalar demişkən: “Azacıq daş-başım, ağrımaz başım.” Yəni yaxşı yaşamaq üçün çox pul əldə etməyə çalışmaqdansa, az pulla yaxşı yaşamağa çalışmaq daha doğrudur.
“Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da –
Tək bir aləmdə dövlətin olsun:
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!”
Sözsüz, pula hörmət bəslənməlidir. Amma eşq, məhəbbət yox. Pulu fetişləşdirmək olmaz. Pula maraq göstərmək, pula meyl etmək, hətta can atmaq olar. Lakin onun qarşısında diz çökmək, əyilmək, palaz kimi sərilmək olmaz. Nəşəli kimi pulun əsirinə çevrilib ondan asılı qalmaq, ömrün, həyatın, yaşamın mənasına çevirmək doğru yol deyil.
“Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki vardır əmlakın;
Atəşi-xanəsiz-millət ikən –
Hər kəsin səcdəgahıdır xakin:
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!”
Puldan asılı qalmaq yox, onu idarə etmək lazımdır. Özü də ağılla. Pulu qənaətlə xərcləmək, bədxərcliyə yol verməmək vacibdir. Pula sadəcə kağız kimi baxılmamalıdır. O, insan ömrünün, zəhmətinin, görülən işin adekvat nəticəsidir (yaxud adekvat nəticəsi olmalıdır). Həyatın itib-keçən anları, günləri, illəri pula çevrilir. Ömrünün, zəhmətinin qədrini bilən insan qazandığı pulun da qədrini bilər, onu qənaətlə xərcləyər. Ancaq bu qənaətcillik - xəsisliyə, simicliyə dönməməlidir.
Hamı pul yığa bilər, amma yalnız özü qanuni yolla, vicdanla, ləyaqətlə qazandığı pulu. Şərəfsizcəsinə dövlətdən oğurladığı, ya kimdənsə zorla qopardığı pul halal deyil. Tamah məqsədilə saysız-hesabsız qədər pul yığmaq mənasızdır. Yalnız həyatın gözlənilməz olaylarında məəttəl qalmamaq üçün, əlimyandıda kiməsə əl açmamaq üçün, kənardan yardım gözləməmək üçün müəyyən ehtiyat toplamaq mümkündür. Axı, ehtiyat igidin yaraşığıdır.
Bütün hallarda halal pul əziyyətlə qazanılır. Odur ki, qazancını boş yerə xərcləmək, sağa-sola səpələmək, içkiyə, siqaretə, eyş-işrətə, mənsasız işlərə sovurmaq ağıl göstəricisi deyil. Qarşıya həyati vacib məqsədlər çıxanda isə kisənin ağzını büzmək, qısıtmaq, sıxmaq da bir şey deyil. Belə ekstremal hallarda xəsislik etmək gülüncdür, əksinə, pul kisəsini geniş ürəklə geniş açmaq, səxavət göstərmək tarixən insanlara başucalığı gətirib. Narahat olmağa dəyməz, - boşalan pul kisəsi yenə dolacaq. Çünki bu dünyanın qanunu belədir: bir yandan boşalır, bir yandan dolur...
“Olmayır, olmasın da insafın,
Tut qanın şişə içrə əsnafın,
Ta ki var əldə beş bucuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!”
Bir sözlə, pula hörmət et, amma səcdə etmə. Pula diqqətli ol, amma valeh olma. Pulun qədrini bil, amma aşiq olma. Pula qənaət et, amma həm də yaşa.
Demə ki, dahi Sabir niyə belə yazıb:
“Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!”
Sabirin sarkazmını gör.
20.04.2021
Bölməyə aid digər xəbərlər
Tarix: 21-04-2021 09:55 | Bölmə: Akif Əli
Sabir - müasirimizdir

Müəllifin bütün yazıları - Akif ƏLİ
Bölməyə aid digər xəbərlər