09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:37 / 08-05-2025
Hindistan-Pakistan döyüşündə 125 qırıcı iştirak edib
16:31 / 08-05-2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
16:28 / 08-05-2025
"Səhiyyə TV"nin adı dəyişib
16:55 / 04-05-2025

13:57 / 04-05-2025

14:14 / 04-05-2025

10:50 / 05-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

11:11 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

21:33 / 05-05-2025

10:43 / 05-05-2025

“Hayla gələn vayla gedər…” - Akif Abbasov yazır
Tarix: 24-09-2023 10:41 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Telman maşını Azneft meydanında saxlamışdı. Kürdəmirə gedəcəkdi. “Həm ziyarət, həm də ticarət!” fikrilə yola düşməyə tələsmirdi. Fikirləşirdi ki, üzü Əli Bayramlıya, Hacıqabula gedən olsa, götürər. Heç olmasa benzin pulu çıxar. O, əlindəki açarları fırlaya-fırlaya var-gəl edirdi. Onun “Jiquli”sinin arxasında, qənşərində on-on beş maşın dayanmışdı. Bu vaxt 30-35 yaşlarında bir qadın, 20-25 yaşlarında bir qız və 8-9 yaşlarında bir oğlan uşağı “Jiquli”yə yaxınlaşıb baxdılar. Sonra:
- Bu maşının sahibi kimdir? - deyə xəbər aldılar.
Telman maşının onunku olduğunu söylədi. Əyninə cinsi şalvar geyinmiş, qədd-qamətli, tökmə bədənli qız yaxın gəlib:
- Bizi Neftçalaya aparıb-gətirə bilərsən? - deyə soruşdu.
Telman saata baxdı. Dördə on dəqiqə işləyirdi. Neftçalaya gedib-gəlmək və orada azı bir saat ləngimək ən aşağısı beş-altı saat çəkəcəkdi. Sonra Bakıdan Kürdəmirə maşın sürmək onu üzüb əldən salardı. Odur ki dedi:
- Yox, bacı. Bunun üçün vaxt lazımdır.
Şalvarlı qız:
- Əvəzini lazımınca ödəyəcəyik, qorxub eləmə, - dedi.
Telman onları başdan eləmək, bir növ qorxutmaq üçün:
- Elə isə sizdən 500 manat alacağam, - dedi.
Şalvarlı qız gözlərini süzdürüb əlini yellədi:
- Otur maşına. Getdik.
Orta yaşlı qadın oğlan uşağı ilə arxa oturacaqda, cinsi şalvarlı qız Telmanın yanında əyləşdi. Qız gözlərinə gün eynəyi vurdu. Telman özünü itirdi:
- A bacı, necə yəni getdik?! Axı mən…
- Demirsən 500 manat, beş yüz manatına dur da…
Maşın tərpəndi. Şıx çimərliyini keçəndən sonra uşaq mürgüləməyə başladı. Qızla qadın söhbətə başladılar. Onlar özlərini həddindən artıq sərbəst aparırdılar. Telmanın varlığını hiss etmirlərmiş kimi açıq-saçıq danışır, kişi söyüşləri yağdırırdılar. Telmanın “Jiquli”, “Moskviç”, yeri gəldikcə “Volqa” maşınlarını ötüb keçməyi onları sevindirirdi. Arxada oturmuş qadın:
- Hər maşın ötdükcə alacağın haqqın üzərinə on manat gələcək. Bir kişiliyini göstər görək.
Telman yaman yerdə axşamlamışdı. Onlardan xatasız ötüşməyəcəyini bilirdi. Hər maşın ötdükcə 500 manatın üzərinə qiyabi surətdə 10 manat artırırdılar. Neftçalaya çatanadək üzünü görmədiyi 500 manat artıb 600 manat oldu. Maşını iki mərtəbəli bir evin yanına sürdürdülər.
Cinsi şalvarlı qız - yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan gözəl maşından düşüb darvazaya yaxınlaşdı. Darvaza dəmiryol relslərinin üzərində qərar tutmuşdu. Qız əlini qapının zənginə uzatdı. O saat darvazanın sol tərəfindəki xırda qırmızı lampa yandı. Qız o biri düyməni basdı. Qapı avtomatik açıldı. Yəni relsin üzərində sürüşüb sol tərəfə çəkildi. Arxadakı qadın maşını içəri sürməyi tapşırdı. Telman deyilənə əməl elədi. Darvaza öz-özünə bağlandı. Hündürboylu, qarışın bənizli, saçlarına dən düşmüş 45-50 yaşlarında nəhəng gövdəli bir kişi gələnlərin qabağına çıxdı. Onlarla səmimi görüşüb, içəri dəvət etdi. Telmanı da evə çağırdılar.
Stolun üstü dərhal yemək-içməklə doldu. Şahlara layiq süfrə açılmışdı. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız güzgünün qabağına keçib yanaqlarına azca pudra sürtdü, kiçik əl çantasını açıb “Malboro” siqareti çıxarıb damağına qoydu. Hamı süfrə başına keçdi. Nəhəng gövdəli kişi üzünü Telmana tutaraq:
- Cavan oğlan, nə içəcəksən? - deyə soruşdu.
Onlardan alacağı beş yüz, altı yüz manat artıq Telmanı maraqlandırmırdı. Bayaqdan, maşın Bakıdan çıxandan heç 30 kilometr belə getməmişdən sarısını udmağa başlamışdı.
- Mən … mən… içməyəcəyəm. Yol getməliyəm.
Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız əlini yelləyərək, özünə arxayın halda:
- Gör nəyin fikrini çəkir. Qaqaş, heç nədən çəkinmə. Ürəyin nə istəyirsə iç, - dedi.
- Axı sükan arxasındayam. Hələ Kürdəmirə gedəcəyəm.
- Dedim ki, iç!
Yupyumru yanları cinsi şalvarı dağıdan qız artıq əmr etməyə başlamışdı. Telman heç Qaradağa çatmamışdan maşını saxlayıb onları düşürmək istəmişdi. Amma mənliyinə sığışdırmamışdı. Kişi tüpürdüyünü yalamaz. Söz vermişdi. Maşını candərdi sürürdü. Yolda maşın saxlatdırıb əyləşən, sonra isə sürücünü soyan, öldürən, maşını qaçıran adamlar, xüsusən qadınlar haqqında o qədər eşitmişdi ki. Onlar bir-bir Telmanın yadına düşür, düşdükcə də daha artıq xoflanırdı. Nə isə, keçənə güzəşt deyərlər. Heç olmasa, öldürməyələr. Bir çətən külfəti var. Öz bəlandır çək, bax burada deyirlər. Artıq tamah, doğrudan da, baş yararmış!
- Nə fikrə getmisən?! Sənə demədilər ki, iç!..
Bunu orta yaşlı, badamı gözlü qadın dedi. Amma öz aramızdır, hər ikisi yaraşıqlıdır. Düz biçimli qıçları, adamın canını alan gözləri var.
- Araq içəcəyəm.
- Bax belə! Adam qurd ürəkli olar!
Heyf belə gözəllikdən. Pis yola düşüblər. Onların küçə qadını olmalarına Telmanın şəkk-şübhəsi yox idi. Ancaq hələlik belə bir şey hiss edilmirdi. Kişi bayaq yalnız görüşəndə onların əlini sıxmışdı. İndi heç birinə əl uzatmırdı. Süfrə başında artıq-əskik də danışılmırdı.
Üzə salıb Telmanı üç yüz qrama qədər içirtdilər. Sərnişinlərlə gələn oğlan da az-az konyak içirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız Telmana:
- Keç qonşu otağa, dincini al. Səninçin yer hazırlayıblar. Maşınının açarlarını isə bizə ver.
Telman dinməz-söyləməz onun dediklərini yerinə yetirdi, özü də qonşu otağa keçdi. Həqiqətən də onunçun yaxşı bir yataq düzəltmişdilər. Otaqdan gül iyi gəlirdi. Amma onun gözünə yuxu getmirdi. Fikirləşdi ki, bəlkə elə divanın üstündə oturub bir az gözləsin, görsün ki, bu işlərin axırı necə olur, birdən yuxulayar, vurub öldürərlər.
Badamı gözlü qadın başını otağa uzadaraq:
- Sənə demədilər soyun, yat?! Özümüz səni oyadarıq.
Telman gözlərini döyməkdə idi. Bunu görən qadın:
- Bıy, başıma xeyir, bu lap arvad kimi şeymiş ki…
Telman əlacsız qalıb soyundu və çarpayıya uzandı. Lakin heç cür yuxulaya bilmirdi. Fikir-xəyaldan az qalırdı başı çatlasın: “Maşının açarını aldılar. Görəsən məqsədləri nədir? Bəlkə oğurluğa gedəcəklər? Yox, inanmıram… Burada - Neftçalada oğurluğa getmək üçün hansı ağıllı Bakıdan maşın gətirdər?”
Bu düşüncələrin pəncəsində heç özü də bilmədi ki, nə zaman yuxuya gedib. Bir müddət keçdi. Qapının astadan döyülməsi Telmanı yuxudan ayıltdı. Tez durub geyindi. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız dəsmal və sabun verdi. Sonra diş şotkasının üstünə sarımsaq suyu damızdırıb üstündən də pasta yaxıb Telmana uzatdı:
- Al, dişlərini yu. Bu ehtiyat üçündür. Yolda itə-qurda rast gəlməyək.
Telman yuyunub maşına sarı getdi. Maşının baqajı yatmışdı. Xeyli yük vurmuşdular. Onun baxdığını görən qız dilləndi:
- İçəridə nə olduğunun sənə dəxli yoxdur.
Telman yalvarmağa başladı:
- Ay bacı, mənim bir çətən külfətim var. Gözlərini mənə dikiblər. Buraxın, gedim. İstəyirsiniz sizinçin maşın tutum, lap pulunu da özüm verim.
Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız:
- Birincisi, mən sənin bacın-zadın deyiləm. Bacın evinizdə qaldı.
İkincisi, sənin kimi ağciyərin bacısı olmağı özümə təhqir sayardım.
Üçüncüsü, qətiyyən qorxma, - dedi. –Yolda bizi saxlayan olsa, nə qədər pul istəsələr, tökəcəyəm. Ya pulun, ya da bunun … - O, əli ilə şalvarının qabaq tərəfinə işarə etdi. – Ya da bunun hesabına qurtaracağam. Qorxma.
Yolda onları saxlayan olmadı. Onlar deməsə də, Telman hiss etdi ki, maşına yüklədikləri qara kürüdür. Tariyel qara gününü qablaşdırmışdı. Tutulsaydılar, onun da azından yeddi-səkkiz ili vardı. Bakıya çata-çatda yupyumru yanları cinsi şalvarı dağıdan qız:
- Mərdəkana gedəcəyik, - dedi.
Telman bu dəfə maşını Mərdəkana sürdü. Bağlı-bağçalı bir evin darvazası artıq açıq idi. Maşın həyətə girdi. Telmanı otağa apardılar. İçəridə tək qalanda gözucu pəncərədən həyətə baxdı. Zənnində yanılmamışdı. Sellafon kağızlardakı qara kürü idi. Daşıyıb zirzəmiyə yığırdılar. Nəhayət, yarım saatdan sonra, yupyumru yanları cinsi şalvarı dağıdan qız Telmanı çağırıb ona iki şüşə “Krasnı Moskva” ətri verdi:
- Maşının baqajını tər-təmiz yu. Sonra bu ətri ora səp, - dedi. - O krant, o da şlank…
Telman qızın dediklərinə əməl etdi. Sonra yupyumru yanları cinsi şalvarı dağıdan qız maşına oturub Mərdəkan sanatoriyasına sürdürdü. Bir nəfər qadınla nə isə danışıb məni çağırdı:
- Səninçin otaq ayırıblar. Gecəni orada qal. Yorğunsan, rayona sabah yola düşərsən. Gecə yanına qız da gələcək. Sabaha qədər otağında qalacaq. Utanıb eləmə. Sabah məni görməmiş heç yerə getmə.
Telman deyilən otağa getdi. Təhlükə, deyəsən, sovuşmuşdu. Telman indi əməlli-başlı dincəlmək istəyirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızın sözləri tamam yadından çıxmışdı. Onun vəd etdiyi pulun da hayında deyildi. Allah kəssin belə pul qazanmağı! O qədər həyəcan və qorxu keçirdi ki… İndi yəqin ki, evdəkilər bərk nigarandırlar. Bu, Telman üçün axırıncı dərs olacaqdı. Yuyunub yenicə yatağa girmişdi ki, qapı döyüldü. Durub açdı. 18-19 yaşlarında gözəl bir qız qapıda dayanmışdı. Əlində bir zənbil tutmuşdu:
- Olar?
- Buyur.
Qız içəri keçib zənbili açdı. Mer-meyvəni, yemək-içməyi stolun üstünə düzməyə başladı. Telmanın key-key baxdığını görüb:
- Sənin yanında qalacağam. Məni səni yanına göndəriblər. Özün bilirsən kim. Göndəriblər ki, kefini açım.
Nə isə, Telman olub-keçənləri unutmağa çalışıb həmin qızla düz səhərə qədər əyləndi. Səhər doqquzun yarısında yupyumru yanları cinsi şalvarı dağıdan qız otağa gəldi. Üzünü qıza tutaraq:
- Dostuma heç olmasa əməlli-başlı kef verə bildin? - deyə xəbər aldı.
Qız gülümsəyib çiyinlərini çəkdi:
- Nə bilim, qoy özü desin.
Telman da gülümsədi. Yupyumru yanları cinsi şalvarı dağıdan qız çıxarıb iki əlliliyi qıza uzatdı:
- Bəsindir?
Qız minnətdarlıq əlaməti olaraq baş əydi.
Telman yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızla sanatoriyanı tərk edib maşına əyləşdi. Maşın yola düşdü. Heç beş dəqiqə belə keçməmiş qız maşını saxlatdırıb:
- İndi rayona gedə bilərsən. Məni isə tanımırsan. Şəhərdə birdən məni görüb yaxınlaşsan, yaxud salam versən, bunu görürsən … - O, qıçını göstərdi… -Xudahafiz… Mən gedirəm, sənə çatacaq pulu bardaçoka qoymuşam. Götür, halal xoşun olsun…
Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız düşüb taksi saxlatdırdı və getdi. Telman bardaçoku açıb baxdı. Ora yeddi ədəd yüzlük qoyulmuşdu.
Maşın Mərdəkandan çıxıb şəhərə gedən yola düşdü. Telman gərginlikdən azad olmuşdu. Kefi saz idi. İki həyəcanlı gün yaşasa da, axırı yaxşı qurtarmışdı. Əli gətirmişdi. Maşın asfalt yolla şütüyürdü. Azneftdə ləngiməyə də bilərdi. Müştəri gözləyib vaxt itirməyə dəyməzdi. Ancaq bu boyda yolu müştərisiz qət etmək də insafdan deyildi. Bir-iki adam götürsə, bu hesabdan benzinin də pulu çıxar.
Fəqət yuxu onu yaman girələmişdi. Göz qapaqları qeyri-iradi yumulurdu. Axşam yaxşı yatmamışdı. Cavan, sütül qız sanatoriyadakı otağa gələndən sonra Telman göyün yeddinci qatında idi. Nə idi o qızın adı? Yox, bu yuxusuzluq ona aman vermir. Gərək maşını münasib bir yerdə saxlayıb gözünün acısını alsın…
Birdən idarə etdiyi maşın var gücü ilə nəyəsə toxundu. Güclü təkan Telmanı yolun kənarına tulladı. Özünə gələndə başının üstündə çoxlu adam gördü. Bütün bədəni ağrıyırdı. Kömək edib onu ayağa qaldırdılar. Milis xəbər tutunca toqquşduğu maşının sahibi ilə özlərini avtotəmir ustasına çatdırdılar. Günah Telmanda idi. Usta diqqətlə baxdıqdan sonra: “Düzəldərik, min manat xərci var”,- dedi. – Sonra Telmana sarı çevrilərək «Sizin maşına gəldikdə isə…”
Telman ona imkan vermədi ki, sözünü tamamlasın:
- Mənim maşınım hələ qalsın. İndi əzdiyim maşına əl gəzdir.
Telman bütün başına gələnlərin baisi olan yeddi yüz manatı çıxarıb dedi:
- Alın 700 manatı, üç yüz manatı da sonra verərəm.
O, öz maşınını da ustanın yanında qoyub Azneft meydanına gəldi. Kürdəmirə gedəcək maşın gözləməyə başladı. Öz-özünə acığı tuturdu: “Gəlmişdim saqqal dalınca, bığı da qoyub gedirəm”. Qazanc cəhənnəmə, maşınımı da əzdim. Bayaq 700 manatı görəndə sevinmişdim. Sən demə, atalar doğru deyiblər ki, “Hayla gələn vayla gedər…”
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır