23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Marya İvanovna - Akif Abbasovun tərcüməsi
Tarix: 09-10-2023 16:02 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Marya İvanovna
Vladimir Sviridov
Rusiya Federasiyasi
Səhər erkən mağazaların birində bayram təntənəsi hökm sürməkdə idi. Satıcılar döşəməni yumuş, pəncərələri silmiş, piştaxtaların çirkini qaşıyıb təmizləmişdilər. Bir həftə olardı xəbər-xəbər dalınca gəlirdi ki, bəs Marya İvanovna məhz bu gün təşrif gətirir. Qastronomun bütün rəhbərliyi direktorun kabinetinə yığılmışdı. Dekabr ayı olmasına baxmayaraq stolun üstündə yaraşıqlı hindgülü nəzərləri oxşayırdı.
Kassir Veranın «kəşfiyyat» işində əla səriştəsi vardı. O, direktorun sərəncamı ilə iki daşın arasında lazımi məlumatı toplaya bilirdi. Qastronom işçiləri narahatlıq hissi keçirsələr də, əhval-ruhiyyələri yüksək idi. Bir də axı qonaq gözləyən hansı ev sahibi nigarançılıq keçirmir. Təşviş hissi ilə saatına baxan direktor axır dözə bilmədi. Şübhəsini boğmaq üçün müavini sorğu-suala tutdu. Müavini onu sakitləşdirdi:
- Siz heç narahat olmayın. Hər şey öz qaydasındadır. Hər yan tər-təmizdir, par-par yanır. Əyani təşviqatı təzələyiblər. Filatelistlərin müsabiqəsinə yekun vurulub.
Birdən qəssab Konkin direktorun kabinetinə soxulub, var gücü ilə bağırdı:
- Gəlir, gəlir!!!
Direktor güzgüdə özünə baxıb qalstukunu düzəltdi, saçına tumar verdi. Sonra isə:
- Nə var, nə hay-küy salmısan? Səni SƏDM-ə çağırırlar nədir? Səsin bütün mağazanı başına götürüb, - deyə Konkinə acıqlandı. Kabinetə sükut çökdü. O qədər keçmədi ki, qapının ağzında təxminən əlli yaşlarında, dodaqları açıq yerkökü rəngində boyanmış bir qadın göründü. Başının hərəkəti ilə onlarla salamlaşdı. İçəridəkilər xorla cavab verdilər:
- Salam, Marya İvanovna!
- İvan Petroviç, - deyə Borzova sözə başladı. - Mağazaya baxdım. Ümumiyyətlə, pis təsir bağışlamır. Sanitariya normalarına əməl olunur, təmizlik gözlənilir. Görünür, ictimai işlə aranız yaxşıdır.
Direktorun baxışlarından minnətdarlıq ifadəsi oxundu. Marya İvanovna isə sualı-suala calayırdı:
- İşçilər asudə vaxtlarını necə keçirirlər? Sizdə mükafat fondu necədir? İşçiləri təqaüdə necə yola salırsınız? Bununla əlaqədar tədbir-filan görürsünüzmü? Yubilyarın şərəfinə ziyafət verilirmi? Və nəhayət, sizdə belə tədbirlər tez-tez keçirilir? Bütün bunlar məni çox maraqlandırır.
O, çantasını açıb qeyd dəftərçəsini çıxartdı. Direktor dərsini yaxşı öyrənməyə adət etmiş çalışqan şagird kimi dürüst cavablar verirdi.
- İvan Petroviç, hər şey aydındır. Mağazanız rayonda nümunəvi mağazalardan biridir. Güman edirəm, sizinlə dil tapıb işləmək olar.
Qadın təskinedici tərzdə onun əlini sığalladı və stolun üstünə bir vərəq kağız qoydu:
- Hər şey burada yazılıb… Hə, yadıma düşmüşkən, özünə xidmət üzrə bir qrafik tutun. Mağazanı yığışdıracaq şəxslərin adlarını orada qeyd edin… Ey, bura baxın, bəlkə siz elə yalnız bayram günlərində yır-yığış edirsiniz, - dedi və zarafatla barmağını silkələyib qapıya sarı getdi. Ayrılarkən:
- Bir həftə sonra gələcəyəm, - dedi və getdi.
Uşaq təki sevinən adamlar direktoru atıb-tutmaq üçün irəli yeridilər. O isə xoşbəxt və məğrur bir tərzdə Borzovanın qoyub getdiyi kağızı götürüb televizor diktoru kimi təntənəli şəkildə oxumağa başladı:
“Xahiş edirəm, məni xadimə vəzifəsinə qəbul edəsiniz”…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır