21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tənbəl Cək - Akif Abbasovun tərcüməsi
Tarix: 18-10-2023 10:00 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Tənbəl Cək
(İngilis nağılı - Tərcümə Akif Abbasovundur)
Biri vardı, biri yoxdu, Cək adında bir oğlan vardı. O, kiçik bir kənddə anası ilə birlikdə yaşayırdı. Onlar çox kasıb idilər. Qarı yun əyirməklə bir qarın çörək qazanırdı. Cək isə elə tənbəl idi ki, əlini ağdan qaraya vurmurdu. O, isti havada Günəşin altında uzanar, qışda isə evdə stulda oturardı. Odur ki, ona Tənbəl Cək deyərdilər.
Nəhayət, bazar ertəsi anası ona dedi:
- Əgər işləməyə başlamasan, sənə yemək verməyəcəyəm.
Ertəsi gün Cək qonşu fermada işləməyə yollandı. O, öz əməyinə görə bir penni aldı, amma evə gələndə yolda onu itirdi. Anası dedi:
- Sən axmaq uşaqsan. Gərək onu cibinə qoyaydın.
Cək cavab verdi:
- Gələn dəfə belə edərəm.
Çərşənbə günü Cək yenə yola düzəldi və başqa bir fermada işlədi. Fermer bir günlük işinə görə ona bir qab süd verdi. Cək qabı götürüb südü pencəyinin böyük cibinə tökdü. O, evə gələndə süddən əsər-əlamət qalmamışdı, axıb getmişdi.
Anası dedi:
- Sən ağılsız oğlansan. Qabı başına qoyub gətirməli idin.
Cək cavabında dedi:
- Gələn dəfə sən deyən kimi edərəm.
Əlqərəz, çərşənbə günü Cək yenidən fermada işlədi və ferma sahibi zəhmət haqqı kimi ona bir az pendir verdi. Cək pendiri alıb başına qoydu və evə yollandı. O, evə çatana kimi pendirin bir hissəsini yolda salıb itirdi, pendirin bir hissəsi də saçlarına yapışıb qaldı. Anası dedi:
- Sən ağılsız oğlansan, pendiri ehtiyatla əlində gətirməli idin.
Cək onunla razılaşdı:
- Gələn dəfə sən deyən kimi edərəm.
Cümə günü Tənbəl Cək yenə fermaya işləməyə getdi. Fermer gördüyü işin müqabilində ona yekə bir pişik verdi. Cək pişiyi götürüb, çox ehtiyatla əlində aparmağa başladı. Amma tez bir zamanda pişik onu o qədər cırmaqladı ki, o, məcbur olub pişiyi buraxdı. Anası Cəki əliboş gələn görəndə özündən çıxdı:
- Sən ağılsız oğlansan. Sən pişiyin boynuna kəndir bağlamalı və dalınca çəkməli idin.
Cək dilləndi:
- Gələn dəfə sən deyən kimi edərəm.
Şənbə günü Cək başqa bir fermada işlədi. Ferma sahibi zəhmət haqqı kimi ona bir parça qoyun əti verdi. Cək əti götürüb ona kəndir bağladı və ardınca sürüməyə başladı. Evə gələndə anası ətdən əsər-əlamət görməyib dedi:
- Sən ağılsız oğlansan. Onu çiynində gətirməli idin.
Cək anasının narazı qaldığını görüb:
- Gələn dəfə sən deyən kimi edərəm, - dedi.
Növbəti bazar ertəsi çəkdiyi əməyə görə Cəkə bir uzunqulaq verdilər. Uzunqulağı öz çiyinlərinə almaq Cək üçün çox çətin idi. Amma xeyli əlləşdikdən sonra axır ki, buna nail oldu və yavaş-yavaş evə doğru getməyə başladı. Tezliklə gəlib qızı ilə birlikdə yaşayan varlı bir kişinin evinə yetişdi. Qız gözəl idi, lakin həm də kar və lal idi. O, heç zaman gülməmişdi. Həkimlər demişdilər ki, bir nəfər onu güldürə bilsə, onun dili açılar, həm də qulağı eşidər.
Qızın atası söz vermişdi:
- Kim mənim qızımı güldürə bilsə, onu həmin adama ərə verəcəyəm.
Cək evin yanından keçəndə, qız pəncərədən çölə, gəlib-gedənlərə baxırdı. Cəki çiyinlərində uzunqulaq aparan gördü. Bu, elə gülməli idi ki, qız özünü saxlaya bilməyib gülməyə başladı və o, danışa və eşidə bildi.
Beləliklə, ata öz qızını Tənbəl Cəkə ərə verdi və onlar böyük evdə yaşamağa başladılar. Cəkin anası da onların yanında idi. Onlar hamısı çox firavan həyat sürürdülər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək