21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Xanım Tviddlin qızılı - Akif Abbasovun tərcüməsi
Tarix: 06-11-2023 09:18 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(İngilis nağılı - Tərcümə edəni Akif ABBASOV)
Biri vardı, biri yoxdu. Xanım Tviddl adında yaşlı bir qadın vardı. Onun mətbəxindəki baca elə gündə idi ki, əməlli-başlı təmizlənməyə ehtiyacı vardı. Qarı süpürgəsini götürüb, bacaya dürtdü və qurumla birlikdə on dənə qızıl pul aşağı düşdü. Xanım Tviddlin heyrətinin və sevincinin həddi-hüdudu olmadı. O dedi:
- Gedib qonşularıma əhvalatı danışacağam.
Xanım Tviddl qızıl pulları stolun üstünə qoydu. Qaçaraq bu barədə rəfiqələrinə deməyə getdi. Kənd qadınlarının su götürdükləri və dayanıb söhbət etdikləri quyunun yanına gəlib çıxdı və ucadan dedi:
- Bir mənə qulaq asın. Mən daxmamın bacasından on dənə qızıl tapmışam. Dedim sizinlə məsləhətləşim. Deyin görüm, indi mən nə etməliyəm?
Hamı bir ağızdan:
- Yaxşı, çox yaxşı, - dedilər. - Bu sənin üçün gözəl sərvətdir. Onu yaxşıca qorumalısan. Ətrafda çoxlu qaçaq-quldur var. Onu hara qoymusan?
Xanım Tviddl dedi:
- Onu mətbəxdəki stolun üstünə qoymuşam.
Rəfiqələri onu danladılar:
- Sən nə axmaqsan! Bizimlə gedək. Kənd mağazasındakı etibarlı çantanı sənə göstərərik. Onu alar, pullarını orada saxlayarsan.
Xanım Tviddl mağazaya gedib çantaya baxdı və dedi:
- Onu alıram. Pullarımı bu çantada saxlayacağam.
Satıcı:
- Əgər oğrular gəlməli olsalar, çantanı asanlıqla götürüb aparacaqlar. Pullarını çantaya qoy, sonra da yaxşı və möhkəm bir qutu al, çantanı onun içərisinə qoy. Quldur ağır qutunu apara bilməz. Bu barədə nə fikirləşirsən? Məndə lap bir ağırı var.
Xanım Tviddl dedi:
- Bu, yaxşı qutudur. Onu alıram. Əminəm ki, heç bir quldur onu götürüb apara bilməz. Mən özüm onun bir tərəfini güclə qaldıra bilərəm. Qızıllarım orada təhlükəsiz olacaq.
Rəfiqələri soruşdular:
- Evdən çıxıb bir yerə gedəndə daxmanın qapısını qıfıllayırsan? Yəni kilidin var? Əgər qapını qıfıllamasan, sən olmayanda quldurlar evə girər. İki nəfər əziyyətsiz o qutunu qaldırar. Yaxşısı budur, qapı üçün təzə kilid və açar al. Belə etsən, pulların üçün təhlükə olmaz.
Satıcı:
- Məndə təzə kilid və açar var, - dedi və qadına kilidin təzəsini və parıldayanını göstərdi. - Bu kilid qapının üstündə olanda quldurlar evə girə bilməzlər.
Xanım Tviddl dedi:
- Kilidlə açarı alıram. Alsam, qızıllarımın təhlükəsiz olduğunu bilərəm.
Satıcı:
- Lazım olan bütün şeyləri sənin daxmana gətirərəm, - dedi. O, oğlu ilə qutunu qadının evinə apardı. Xanım Tviddl möhkəm çantanı aparırdı. Onun içərisinə kilidlə açarı qoymuşdu. Onlar evə çatanda satıcı qapıya kilid vurdu. Sonra alınan şeylərin pulunu ödəməyi tələb etdi:
- Çantaya görə iki funt, böyük qutuya görə 6 funt, kilidlə açara görə 1 funt verəcəksiniz. Bir funt da göstərdiyim xidmətə görə ödəməlisiniz.
Xanım Tviddl onları ödədi. Satıcı yoluna düzəldi. Xanım Tviddl fikirləşdi ki, gərək qızıllarını çantaya, çantanı qutuya qoysun ki, onlar təhlükəsiz yerdə olsun. Lakin o, qızıllarından əsər-əlamət görmədi.
Bəlkə siz bilirsiniz: o qızılları neylədi?
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək