23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Əməliyyatı pozdun - Akif Abbasov yazır
Tarix: 23-11-2023 08:18 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Zaur bayaqdan qapının ağzını kəsdirib durmuşdu. Kollec direktorunun yanına keçmək istəyirdi. Gözətçi imkan vermirdi. Axıra bir təhər onu razı saldı. Ağlayıb-sıtqamış:
- Dolanışıq yoxdur, evdə uşaqlar acından mələşirlər, - demişdi.
Gözətçi başa salmışdı:
- Keç, amma sakitcə dayan, özü də soruşsa, mən səni görməmişəm.
Zaur onun dediklərinə əməl etdi, lakin gözləməli oldu. Girib-çıxan çox idi. Bu zaman qalstuklu bir nəfər ona yaxınlaşdı. Zaur: “İndi qolumdan tutub, atacaq çölə”, - deyə fikirləşdi.
Lakin onun gözlədiyinin əksinə olaraq həmin şəxs:
- Burada işləyirsən? – deyə soruşdu.
- Burada … işləyirəm.
- Hansı vəzifədə?
“Adam məktəbdə nə işləyər, əlbəttə, müəllim”, - deyə fikirləşən Zaur inamla dedi:
- Müəllim. Sənə nə lazımdır?
Həmin adam Zauru bir kənara çəkdi:
- Uşağın köçürmə məsələsi var. Başqa kollecdən bura. Direktorla aran necədir? Düzəldə bilərsən?
Zaurun gözlərinə işıq gəldi. Pul öz ayağı ilə ona sarı gəlmişdi. Aldadıb çıxacaqdı aradan. Odur ki, döşünə döyməyə başladı:
- Direktorla qardaşam. Bir sözümü iki eləmir.
- Elə isə gəl danışaq.
Zaur cəld nə alacağını götür-qoy edib qərara gəldi:
- Danışaq. Üç min manat verirsən, istədiyin ixtisasa dəyişirəm.
Həmin şəxsin də söhbətdən razı qaldığı məlum oldu:
- Etirazım yoxdur. Pulu nə zaman, harada çatdırım?
Zaur sevincək, ruh yüksəkliyi ilə:
- Sən pulu çatdırırsan, mən də işləri yoluna qoyuram, - dedi.
Müştəri də əlavə etdi:
- Görüşəndə uşağın hansı kollecdən hansı ixtisasa dəyişiləcəyini də deyərəm.
Danışdıqları kimi Nizami kinoteatrının yanında görüşdülər. Rasim kimi özünü təqdim edən adam sənədləri Zaura göstərdi, sonra çıxarıb pulları saydı:
- Bu da 3 min manat.
Zaur pulları alıb yoluna düzəlmək istəyəndə iki nəfər onlara yaxınlaşdı. Zaurun qollarını burub, qandal keçirdilər. Zaur çırpınmağa başladı:
- Qolumu niyə burursunuz?
Bu dəfə Rasim dilləndi, cibindən çıxardığı vəsiqəni ona göstərərək dedi:
- Orqandanıq. Sən fırıldaqçılıqda, dələduzluqda ittiham olunur və həbsə alınırsan...
Pullar əlinə dəyəndə sevindiyindən özünü göyün yeddinci qatında hiss edən Zaur indi canını qoymağa yer tapmırdı.
Onu apardılar. Sənədlərinə baxıb adını, soyadını, atasının adını, ünvanını yazdılar. Kollecdə baş alıb gedən rüşvətxorluq barədə hesabat hazırlanacaq, direktor, müavinlər, müəllimlər məhşər ayağına çəkiləcəkdi. Kollecə zəng etdilər. Oradan xəbər gəldi ki, həmin adda, nəm-nişanda adam tanımırlar, kollecdə belə bir adam nəinki müəllim, heç texniki işçi də işləmir.
Lap təəccüb qalınası iş idi. Zauru gətirdilər. O, həbs olunan şəxs təsiri bağışlamırdı. Pərt olmuş Rasim söz atdı:
- Elə bil kurorta gəlmisən, tutulmağın heç vecinə deyil.
- Düz deyirsən, qadan alım. Acından günortalar dururdum. Sağ olsunlar yatmağa yerim yox idi, yer veriblər, gündə üç dəfə yeməyimi verirlər...
Rasim hiddətlə:
- Sən kollecin müəllimi deyilsən?
Zauru gülmək tutdu:
- Nəçənnik, mən hara, müəllimlik hara? Özü də kollec müəllimi. Mən vur-tut üç sinif bitirmişəm.
Bu dəfə başqa polis işçisi dilləndi:
- Bəs kollecdə niyə sülənirdin?
- Getmişdim ki, yalvarıb-yaxarıb kollecin direktorundan 3-5 manat alım...
Hamı bir-birinin üzünə baxdı. Rasim acıqla:
- Gicbəsər, gül kimi əməliyyatı pozdun, - dedi və sonra göstəriş verdi. - Bunu azad edin, çıxıb getsin. Havayı yeməyə yer axtaran avaranın birisiymiş...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır