21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Ən yaxşı antilop - Akif Abbasovun tərcüməsi
Tarix: 06-12-2023 09:26 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(Nağıl - İngilis dilindən tərcümə edəni Akif ABBASOV)
Antiloplar meşədə bir yerə yığışmışdılar. Onlar iclas keçirməyə hazırlaşırdılar. Antiloplardan hansının daha yaxşı olduğunu öyrənmək istəyirdilər. Eland nizam-intizam yaradana qədər onlar dil boğaza qoymadan, bir-birinə aman vermədən danışırdılar. Eland antilopların ən böyüyü idi. O dedi:
- Biz toplaşmışıq ki, çox mühüm bir məsələni həll edək. Bizdən kimin ən yaxşısı antilop olduğunu bilək. Danışmaq istəyən söz ala bilər. Sonra biz səs verəcəyik. Əlbəttə, fikirləşmirəm ki, kimsə danışacaq. Çünki gün kimi aydındır ki, ən yaxşı antilop ən böyük olandır. Deməli, mənəm.
Səslər ucaldı. Antiloplardan biri ayağa qalxdı:
- Mən Elandla razılaşmıram. Birisinin yekəpər olması bir elə əhəmiyyət daşımır. Belə fikirləşirəm ki, ən yaxşı antilop yaxşı buynuzları olan və daha sürətli qaça biləndir. Demək, hər biriniz mənimlə razılaşar ki, mən ən yaxşısıyam.
Sonra dörd buynuzu olan kiçik antilop ayağa qalxdı. Onun iki buynuzunun qarşısında çox kiçik iki buynuzu da vardı. O dilləndi:
- Belə fikirləşirəm ki, buynuzun çox böyük əhəmiyyəti var. Ona görə yaxşı olar ki, buynuzların olsun. Lakin ən qəşəng və zərif olan və özünü gözə soxmayan antilop ən yaxşı antilopdur.
Başqa bir antilop söhbətə qoşuldu:
- Sən səhv edirsən. Bu barədə heç nə bilmirsən. Hər şey antilopun adından asılıdır. Mənim adım kimi heç kimin gözəl adı yoxdur. Bir fikir verin - Kudu! Odur ki, aydındır, mən ən yaxşı antilopam.
Antiloplardan biri dedi ki, ad çox da böyük əhəmiyyətə malik deyil. Antilopun balaca və gözəl, yaraşıqlı buynuzları, iri gözləri olmalıdır. Buynuzlar həm də çox uzun yox, lazım gələn uzunluqda olmalıdır. Daha bundan savayı nə istəyirsiniz?
Sonra yenə hərə bir tərəfdən danışmağa başladı və ağız deyəni qulaq eşitmədi. Axır ki, hamı sakitləşdi və Eland yenə ayağa qalxdı:
- Belə fikirləşirəm ki, səsvermənin vaxtıdır.
Beləliklə, antiloplar növbə ilə səslərini verməyə başladılar. Onlar qumun üstündə hamar yer tapıb, ayağı ilə ən yaxşı hesab etdikləri antilopun adını yazırdılar. İş tamama yetəndə Eland və Kudu səsləri hesabladılar. İclasda çoxlu antilop iştirak etdiyi üçün səsvermə uzun çəkdi. Onlar öz işlərini tamama yetirəndə gülməkdən uğunub getdilər. Göz yaşları yanaqlarından axırdı. Nəhayət, Eland özünü ələ alıb sözə başladı:
- Xanımlar və cənablar! Təəssüf hissi ilə deyirəm ki, məsələ hələ də həll edilməmiş qalıb. Hamı özünə səs verib və heç kim bir səsdən artıq səs toplaya bilməyib. Beləliklə, xanımlar və cənablar, sizin hər biriniz ən yaxşı antilopdur!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək