21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Köynək - Akif Abbasov yazır
Tarix: 11-12-2023 12:21 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Qayınanası yenə də Mehdigilə gəlmiş, ağzının danışığını bilməmiş, Mehdi də hirslənib onun ağzının üstündən vurmuşdu. Qayınana da deyinə-deyinə, artıq-əskik deyə-deyə çıxıb getmişdi evinə-eşiyinə. Düzələnə oxşamırdı bu arvad. Qaşınmayan yerdən qan çıxarmağı xoşlayırdı. Çox vaxt da haqsız olurdu, amma əlinin dalını yerə qoymazdı heç vaxt. Maksalanmağı bacarırdı. Baxan deyərdi ki, bundan fağır arvad yoxdur. Mehdinin də, qohumlarının da yanında özünü sakit, mülayim aparırdı, amma saman altından su yeridirdi. Mehdini haldan çıxaran bu idi:
- Ay arvad, 20 ildir qızını köçürmüsən, 20 ildir ailəmizin işlərinə burnunu soxursan. Nə zaman “bəsdir” deyəcəksən? Qızının da yerini pis edirsən. Heç olmasa onu fikirləş. Danlaq obyekti olub.
Arvadın gözləri hədəqəsindən çıxdı:
- Nə olub qızıma?
- Qızına heç nə olmayıb. Nə qədər mənim evimdədir, heç nə də olmayacaq. İstəyir sən fironluq elə, istəyirsən eləmə. O mənim uşaqlarının anasıdır. Rəna sənin fitvana gedib, üzünü-gözünü danladır. Sənin cavabını verirəm, səni başa salıram, qızın bir həftə burnunu sallayır. Onu başdan elə çıxarmısan ki, ağlının azlığından elə bil sən düz deyirsən.
Bir neçə gün idi ki, Mehdinin baş-qulağı dinc idi. Amma inanmırdı ki, qayınana telefonla danışıb, onun dalınca asıb-kəsməsin. “Əşi, cəhənnəmə. Onun şakəridir. Yaşı yetmişi ötüb. Bundan sonra onsuz da düzələn deyil”.
Avqust ayı gəlha gəldə idi. Sevinc universitetdən çıxanda mağazaya dəyib atası üçün ürəyi istəyən bir köynək aldı. Yüz faiz pambıq idi. Köynəyi gətirib anasına göstərsə də, hələlik atasına bildirmədi, gizlətdi.
Bir həftə sonra atasının ad günü idi. Onu təbrik etmək, sevindirmək istəyirdi.
Həftə ötdü. Səhər tezdən idi. Hamı ayaq üstəydi. Ev sahibəsi Rəna səhər yeməyi hazırlayır, Mehdi hamam otağında üzünü qırxır, Hikmət kitablarını çantasına yığır, Sevinc də saçlarını darayırdı. Atasının stol arxasına keçmək istədiyini görən Sevinc özünü onun üstünə atdı, onu qucaqlayıb öpməyə başladı:
- Ata, atacan, sənin ad günün mübarək! Təbrik edirəm!
Mehdi fərəhindən qol-qanad açdı:
- Sağ ol, mənim balam, sevincim, həyatım Sevinc!
Rənanın dodağı yerlə gedirdi. O da üzünü ərinə tutub candərdi:
- Ad günün mübarək, - dedi.
Hikmət də irəli yeriyib atasını qucaqladı:
- Təbrik edirəm, ata!
Sonra əlindəki bükülünü atasına uzatdı. Sevinc qonşu otağa qaçıb öz hədiyyəsini gətirdi. O, sevincindən quş kimi qanad açaraq, dodaqlarında təbəssüm, sifəti də dan yerinin qızartısını andıran bir işıqla, nurla atasına sarı gəldi:
- Ata, gördüm, xoşuma gəldi, aldım. Sənə yaraşan hədiyyədir.
Mehdi əyləşib övladlarının hədiyyələrinə baxdı. Hikmət ətir almışdı. O, məktəbdə nə isə alıb yemək üçün ona verilən puldan qənaət edib, hədiyyə almış, atasını sevindirmək istəmişdi. Mehdi əlinə, sifətinə ətir vurub:
- Bəh, bəh, gör nə gözəl ətirdir. Çox xoşuma gəldi. Sağ ol, oğlum!
Mehdi əlini uzadıb Hikməti özünə sarı çəkdi və üzündən öpdü.
- İndi baxaq görək Sevinc qızım atasını nə ilə təbrik edib. Mehdi Sevincin ona verdiyi bükülünü tələsmədən açmaqda idi. Sevinc maraq dolu baxışlarını ona zilləmişdi: “Görəsən atamın xoşuna gələcək?”
Mehdi köynəyin qatlarını açırdı. Hikmətlə Sevincin gözləri ona dikilmişdi. Mehdi:
- Ah, nə gözəl...
“Köynəkdir” deyib sözlərini tamamlaya bilmədi. Əl saxladı. Sevinc pərt oldu. Hikmət də boynunu uzadıb təəccüblə içini çəkdi. Evin xanımı - Rəna mətbəxə keçmişdi.
Köynəyin çiyin tərəfində, arxa hissəsində çox da böyük olmayan sökük vardı. Sevincin gözləri doldu:
- Ata, məni bağışla, belə olmağını istəməzdim. Bu köynəyi elə böyük həvəslə, həm də ürəkdən almışam ki... Heç təsəvvürünə gətirə bilməzsən. Heç yaxşı olmadı. Aparıb dəyişərəm.
- Mehdi qızını qucaqlayıb alnından öpdü, onu sakitləşdirməyə çalışdı:
- Qızım, hər şey qaydasındadır. Qətiyyən narahat olma. Əsas məsələ odur ki, sən atana diqqətli olmusan. Bu mənə bəsdir.
Sevinc:
- Ata, bu əhvalatı ömrüm boyu unutmaram.
Mehdi qızının saçlarını tumarladı:
- Ürəyinə salma, qızım. Dedim axı hər şey qaydasındadır.
- Ata, köynəyi alanda axı onun cırığı, söküyü yox idi. Özü də onu firma mağazadan almışam.
Mehdi qızının alnından öpüb:
- Canın sağ olsun, ay qızım, - dedi. - Kefini pozma. Belə şeylərə görə adam qanını qaraltmaz. Təki qəlb sınıqlığı olmasın. Hazırlaşın, axşam sizi “Qızıl balıq” restoranına aparacağam. Ad günümü orada qeyd edərik.
- Doğrudan?
- Əlbəttə, qızım. Gedib özümüzçün istirahət edərik.
Mehdi bir anlığa fikrə getdi. “Heç ağlıma gəlməyib”, - deyə öz-özünə fikirləşdi, sonra üzünü övladlarına tutdu:
- Nənən bu həftə bizə gəlib?
Sevinc başını tərpətdi və o da həqiqəti anladı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək