23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Yumorlu hekayələr - Akif Abbasov yazır
Tarix: 23-12-2023 11:04 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Hava pulu
Firidun əlində həsir zənbil bazarın tinində dayanmışdı. Ara-sıra: “Yaxşı balıq var. Xəşəm, təzə çəki…” - dediyindən məlum olurdu ki, balıq satır.
Bu ara yerpulu yığan ona yaxınlaşıb:
- Sən də yerpulu ver… - deyir.
Firidun çiyinlərini çəkib:
- Başa düşmürəm. Balıq zənbildədir, zənbili də havada - əlimdə tutmuşam. Məgər havapulu da var?!
***
Məsləhət
Fizikadan imtahan götürən Abasqulu müəllim tələbənin cavab verə bilmədiyini görüb əlavə suallarla ona müraciət edir. Tələbə susur. Abasqulu müəllim:
- Yaxşı, məlumdur. Fizikadan təsəvvürün yoxdur. Başqa nə bacarırsan?
Tələbə tez:
- Oxumağı…
Abasqulu müəllim qaşlarını çataraq:
- Oxu, görək heç olmasa onu bacarırsan?
Tələbənin doğrudan da gözəl səsi olduğunu görən Abasqulu müəllim ona deyir:
- Bala, özünə yazığın gəlsin. Bacardığın işin qulpundan yapış, get, xanəndə ol.
Aradan bir neçə il keçir. Abasqulu müəllim kafedrada əyləşib nə isə yazırdı. Addım səsini eşidib başını qaldırdı. Bir nəfər cavan oğlan yaxınlaşıb salam verdi. Oğlanın sifəti Abasqulu müəllimə tanış gəlirdi. Lakin onu harada gördüyünü xatırlaya bilmirdi. Tələbə:
- Professor, gəldim, sizə təşəkkürümü bildirim… Sizin məsləhətinizə qulaq asıb xanəndə oldum. İndi görürəm ki, səhv etməmişəm.
***
Təbiətin qoynu
Qəbələnin “Duyma” istirahət mərkəzində meşədə gəzişən ailə təbiətin gözəlliklərindən vəcdə gəlir. Zalxa özünü saxlaya bilməyib ərinə:
- Təbiətin qoynu necə də gözəldir!
Qarşıda qoyunlar otlayırdı. Aralarında quzular, keçi və çəpişlər də vardı. Ər arvadının qoyunları nəzərdə tutduğunu, həm də özü zarafatcıl olduğundan bəlkə də qəsdən:
- Düz deyirsən arvad, təbiətin keçiləri onlardan heç də geridə qalmır, - dedi.
***
Nakazat edər
Yas məclisində biri Mollaya müraciətlə deyir:
- Molla əmi, musurmançılıqdır, ona görə bilmək istəyirəm.
Molla yerini rahatlayaraq icazə verir:
- Buyur, oğlum.
- Deyin görək, məsciddə rusca danışmaq olar?
Molla üz-gözünü turşudaraq bildirir:
- Olmaz, oğlum, olmaz. Allah adamı nakazat edər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır