23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Şillə - Akif Abbasov yazır
Tarix: 31-12-2023 15:48 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
İdarə rəisi ilə sözləri çəp gələn Mirzəcan özünü saxlaya bilməyib ona bir şillə çəkdi və tez özünü çölə atdı. Bilirdi ki, rəisin əli uzundur, dost-tanışı çoxdur və bu heyfi onda qoymayacaq. “Arxalı köpək qurd basar” - deyə fikirləşən Mirzəcan tez çıxış yolu axtarmağa başladı: «Qara məni basınca, mən onu basım».
O, mağaza müdiri işləyirdi. Bərkə-boşa çox düşmüşdü. Odur ki, tez özünü prokurorun yanına saldı. Salamdan sonra əlini pencəyinin qoltuq cibinə salıb kağıza bükülü bir şeyi çıxarıb stolun üstünə qoydu:
- Yoldaş prokuror, idarə rəisi məni haldan çıxartdı, özümü saxlaya bilməyib ona bir şillə vurdum.
Prokurorun bükülüyə baxdığını görüb:
- Min manatdır, yoldaş prokuror, - dedi.
Prokuror pulun qədərini bildikdən sonra, onu götürüb stolun siyirməsinə atdı. Şillə vururmuş kimi əlini havada yelləyərək dedi:
- O əclafa bu şillədən iki dənə vura bilmirdin?
***
Bir onu da çağırın
İvan Petroviç xəstələnib ölür. Onu yaxından tanıyan Kərim yasa gedir. Yolda dostu Rəhimlə rastlaşır. Rəhim İvanı tanımasa da, Kərimin təkidi ilə o da dəfn mərasimində iştirak edir, sonra da ehsana oturur. Ehsanda araq süzülür, mərhumu yad edirlər:
- Vanya çox yaxşı insan idi…
- Vanyanın o qədər təmiz ürəyi vardı ki…
- Vanya öz işinin ustası idi…
Rəhim üst-üstə xeyli içmişdi. Vanyanın çox tərifləndiyini görüb ayağa qalxaraq söz alır:
- Bayaqdan fikir verirəm. Bu Vanyanı yaman çox tərifləyirsiniz. Bir çağırın özü də məlcisə gəlsin.
Adamlar təəccüblə bir-birlərinin üzlərinə baxırlar. Kərim Rəhimin yanını basır. Pıçıltı ilə:
- Ay Rəhim, Vanya ölüb, necə gəlsin?!
Rəhim çaşır, özünü itirdiyindən ucadan deyir:
- Bəs deyirdin ölən İvandır?!
***
Mı vse…
Ali məktəbdə imtahan gedirdi. Nazilə biletin suallarına yaxşı cavab verə bilmir. Müəllimlər onu danlayırlar. Yarı rusca, yarı azərbaycanca danışan Nazilə bilmir ki, vəziyyətdən necə çıxsın. Mərhəmət hissi oyatmaq üçün deyir:
- Müəllim, ya zamucem. Ona görə yaxşı hazırlaşmamışam.
Qızın ailəli olmasını bəhanə gətirməsi rusca zəif bilən Cəfər müəllimi özündən çıxarır. Üzünü ona tutaraq deyir:
- Padumayeş. Nə olsun ki, sən zamucem. Elə bilirsən bizim evdə-eşikdə işimiz, dərdimiz-sərimiz yoxdur?! Bax bu Zəfər müəllim toje zamucem. Amma heç bir dəfə görmüsən dərsdən qalsın?!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır