23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Eyni yerdən - Akif Abbasov yazır
Tarix: 28-01-2024 07:50 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Bəhruz namizədlik dissertasiyası müdafiə edəcəkdi. Həlləm Qəlləmov onun rəsmi opponenti idi. Həlləm Bəhruzu arxayın etmişdi ki, yaxşı rəy yazacaq, ürəyini sıxmasın. Amma dissertasiya ona çatdırılsa da, rəy yazmağa tələsmirdi. Bəhruz neçə gün idi ki, gəlib gedirdi. Qanı da bərk qara idi.
Bunu görən dost-tanış soruşdu:
- Bəhruz, vəziyyət necədir? Rəngin-ruhun heç özündə deyil. Nə xəbər?!
Bəhruz həqiqəti deməyib onları başdan elədi.
Dost-tanış vəziyyəti Həlləm Qəlləmovdan soruşdu. O, qaşlarını düyünlədib:
- Bəhruzun halı fənadır, - dedi.
Dost-tanış narahat olurdu. Birisi dissertasiya müdafiə etməyə hazırlaşanda yaxınları, yoldaşları, dostları ona dayaq durur, kimisi bildirişləri paylayır, digəri elanı yazdırır, başqa birisi stolun üstünə qoyulmaq üçün mineral su dalınca gedir...
Odur ki, soruşdular:
- Həlləm müəllim, bu binəva Bəhruzun halı nədən fənadır?
Həlləm Qəlləmov özündən razı halda dedi:
- Sizin Bəhruzu bir ağıllı, qabiliyyətli oğlan bilirdim. Sən demə o, plagiatlıqla məşğulmuş.
Qulu soruşdu:
- Həlləm müəllim, plagiatlıq nə deməkdir?
Onun cavabını Dilavər verdi:
- Köçürmə deməkdir... Hə, bu pis oldu... Ali Attestasiya Komissiyası plagiatlığı bağışlamır. Dissertasiya yüksək səviyyədə də ola bilər, orta səviyyədə də, aşağı səviyyədə də. Axırda təsdiq edib diplom verirlər. Amma plagiatlıq...
- Plagiatlıq elmi oğurluq, başqasının əməyini mənimsəmək deməkdir. Zəif olsun, öz fikrin olsun.
Bunu Rauf dedi.
- Həlləm müəllim, bizim bu Bəhruza yazığınız gəlsin. Bəlkə haradansa nəyisə köçürdüyünü rəyinizdə göstərməyəsiniz...
Bunu da Kamal dedi.
Həlləm Qəlləmov qaşlarını çatdı:
- Yəni deyirsən, özümü işə salım?! Məndən köçürüb, məndən. Başqasından köçürsəydi, dərd yarı idi. Yenə deyərdim, bilməmişəm. Əgər gözümü yumsam, deyəcəklər ya qanmamışam, ya da üzgörənlik edirəm...
Dostlar Həlləm Qəlləmovdan aralandılar. Kamal dedi:
- Fikir verdiniz Həlləm müəllim nə dedi?! Birdən deyərlər üzgörənlik edirəm. Məncə, vəziyyətdən çıxış yolu var. Hamınız onun tamahına bələdsiniz.
Ertəsi gün Bəhruz instituta gələndə dost-tanış onu dövrəyə aldı.
- Bəhruz, qardaş, adam da belə iş tutar? Heç Həlləm Qəlləmovdan da köçürərlər?
Bəhruz onların məsələdən xəbərdar olduqlarını görüb sözə başladı:
- Ay dostlar, elə vəziyyətə düşmüşəm ki, dərdimi deyə bilmirəm. Həlləm müəllim təkidlə bildirir ki, mənim işimdə ondan köçürmələr var. Bəla burasındadır ki, mən onun bir cümləsini də işlətməmişəm.
Kamal heyrətlə soruşdu:
- Bunu niyə ona demirsən?
- Necə deyim?!
- Qəribə oğlansan, səni divara dirəyib, sən də susursan.
Bəhruz məcbur olub həqiqəti açdı:
- Bilirsiniz, məsələ belədir. İkimiz də eyni yerdən köçürmüşük. O, köçürdüyünü ya gizlədir, ya da unudub. Mənim yaxamdan isə yapışıb ki, ondan köçürmüşəm. Çox o yan-bu yan eləsə, həmin mənbəni gətirib ona göstərəcəyəm.
Dost-tanış təəccübləndi:
- Belə de...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır