Zelenski: “Rusiya Ukraynadan sonra Avropanın sabitliyini pozacaq”
Tarix: 07-06-2024 15:51 | Bölmə: Siyasət
Zelenski: “Rusiya Ukraynadan sonra Avropanın sabitliyini pozacaq”

Rusiya lideri Vladimir Putinin anti-Avropa siyasəti azadlıq və bərabərliyin qarşısını kəsir.

Reyting.az
xəbər verir ki, bu sözləri Fransaya səfər edən Ukrayna prezidenti Vladimir Zelenski bu ölkənin Milli Assambleyası qarşısında çıxışı zamanı deyib.

Ukrayna lideri əlavə edib ki, nasizm yenidən Avropaya qayıdıb: “Avropada yenidən şəhərlər yerlə-yeksan edilir, kəndlər yandırılır. Bu gün bunlar Ukraynaya qarşı yönəlib. Ancaq sabah başqalarına qarşı yönəlmək üçün siz artıq aqressiyanın hansı qaydada gedə biləcəyini görürsünüz: Baltikyanı ölkələr, Polşa, Balkanlar və ondan kənardakılar”.

Zelenski qeyd edib ki, indiki Rusiya rejimi sərhədləri tanımır. Onun sözlərinə görə, Rusiya rejimi artıq Suriyanı darmadağın edib, terrora sərmayə qoyur və çata bildiyi yerdə həyatı alt-üst edir.

“Rusiya ölkələri zəiflətmək üçün hər şeydən istifadə edir: enerji resurslarından tutmuş qidaya qədər. O, 21-ci əsrdə keçmiş əsrlərin bütün arsenalını geri qaytardı - dənizin blokadasından tutmuş xalqımızın övladlarının işğal olunmuş ərazilərindən kütləvi şəkildə oğurlanmasına qədər”, - Ukrayna prezidenti bildirib.

Zelenski xəbərdarlıq edib ki, Rusiya Ukraynada qalib gəldikdən sonra Avropanın sabitliyini pozacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər