Nazir: Rusiyanın qələbəsi Avropada sabitliyi pozacaq
Tarix: 15-10-2024 15:43 | Bölmə: Siyasət
Nazir: Rusiyanın qələbəsi Avropada sabitliyi pozacaq

Qərb ölkələrinin Ukraynaya dəstəyi getdikcə zəifləyir və onlar münaqişənin həlli yollarını axtarırlar.

Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

Nazir Kiyevə dəstək üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

E. Valtonen bildirib ki, Qərbin müharibə yorğunluğu realdır və bu yorğunluq getdikcə artır.

Onun sözlərinə görə, xüsusən də Yaxın Şərqdəki hadisələr diqqəti və resursları yayındırır. Bu, əsas diqqətin regionda baş verən hadisələrə yönəldiyi BMT Baş Assambleyası zamanı özünü büruzə verib.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynadakı qələbəsi Avropada bütün çəkindirmə sistemini ciddi şəkildə sarsıdacaq və sabitliyi qorumaq üçün Avropanın səylərini şübhə altına alacaq.

Bir çox ölkələr, xüsusən də Yaxın Şərqdəki münaqişə kimi yeni çağırışları nəzərə alaraq, Ukrayna münaqişəsinin həllinə ümid edir. Lakin nazir deyir ki, Rusiyanın artıq davam edən təcavüzünə boyun əymək olmaz.

O, həmçinin Moskvanın “kölgə donanması”nın beynəlxalq məhdudiyyətlərdən yan keçən neft tankerlərinin böyüməsi probleminə diqqət yönəldərək, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırış edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}