Konqresmenlər İlon Maskın dövlət qulluğundan uzaqlaşdırılmasını tələb edirlər
Tarix: 10-04-2025 08:24 | Bölmə: Siyasət
Konqresmenlər İlon Maskın dövlət qulluğundan uzaqlaşdırılmasını tələb edirlər

Demokratlar Partiyasından olan konqresmenlər ABŞ prezidenti Donald Trampa müraciət ünvanlayıblar.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, müraciət müəllifləri ən zəngin iş adamı və siyasətçi İlon Maskın mayın 30-dək dövlət işlərindən uzaqlaşdırılmasını tələb edirlər.

Konqresmenlar Donald Trampa müraciətlərində yazıblar:

“Sizin administrasiyanızın dərhal Maskın istefa verəcəyi və qanunun tələb etdiyi kimi, bütün qərar qəbuletmə səlahiyyətlərinə xitam veriləcəyi barədə ictimaiyyətə açıqlama verməsini tələb edirik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər