Fransalı nazir Ərdoğanı tənqid hədəfinə çevirdi: "Demokratik prinsiplər pozulur"
Tarix: 18-07-2016 12:36 | Bölmə: Siyasət / Xəbərlər

 

 

Fransanın xarici işlər naziri Jan-Mark Eyro Türkiyədə baş verən hərbi çevrilişə cəhdə münasibət bildirib.

"Frans 3” telekanalına müsahibə verən nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edərək demokratik prinsiplərin pozulduğunu iddia edib:

"Türkiyədə hüququn suverenlik prinsipinin tam işləməsini istəyirik. Hərbi çevrilişə cəhd Ərdoğana xəbərdarlıqdır. Bu səbəbdən eyni fikirdə olmayan şəxslərin təmizlənməsi qəbuledilməzdir”.

Avropalı nazirlərin sabah Belçikanın paytaxtı Brüsseldə bir araya gələcəklərini xatırladan Eyro Türkiyənin Avropanın demokratik prinsipləri ilə uyğunlaşmasını bir daha qabardacaqlarını deyib.

Digər tərəfdən, Eyro Türkiyənin İŞİD-lə mübarizədə etibarlı tərəfdaş olub-olmadığını da müzakirə edəcəklərini sözlərinə əlavə edib.

"Bəzi suallar var və biz bu sualları soruşacağıq. Türkiyə qismən etibarlıdır, amma bəzi şübhələr də var. Bu mövzuda dürüst olmalıyıq”,– deyə, fransalı nazir qeyd edib(Axar.az).





Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər