Abdullah Gül və Davudoğlu iqtidarın qərarını sərt tənqid edib - Səbəb
Tarix: 20-08-2019 16:58 | Bölmə: Siyasət
Abdullah Gül və Davudoğlu iqtidarın qərarını sərt tənqid edib

Türkiyənin keçmiş prezidenti və keçmiş baş nazir üç şəhərdə bələdiyyə başçılarının vəzifələrindən kənarlaşdırmasını sərt tənqid ediblər.

Reyting.az
“Yeni Çağ”a istinadla xəbər verir ki, Abdullah Gül və Əhməd Davudoğlu öz “Tvitter” hesabları vasitəsilə açıqlama veriblər.

“Mardin, Diyarbakır və Van bələdiyyə başçılarının inzibati qaydada işdən çıxarılması demokratik sistem ruhunun pozulmasıdır. Seçki yolu ilə gələnlərin seçki yolu ilə ayrılması milli iradə prinsipinin tələbidir”, - deyə Davudoğlu yazıb.

Abdullah Gül isə akkauntunda qeyd edib: “Yeni seçilmiş bələdiyyə sədrlərinin bu cür işdən çıxarılması demokratiyamıza uyğun gəlmir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər